XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Ana səhifə
/
/
/
Məktəbəqədər təhsil üzrə müəllim (ingilis bölməsi)

Məktəbəqədər təhsil üzrə müəllim (ingilis bölməsi)

03-03-2025

510

Təsvir

  • Şagirdlərin koqnitiv, sosial, fərdi, fiziki və emosional inkişafını planlaşdırmaq və dəstəkləmək.
  • Dil, savadlılıq və riyazi bacarıqların inkişafına töhfə vermək.
  • “Kipina” kurikulumuna uyğun təlim məqsədlərinə nail olunmasını təmin etmək.
  • Şagirdlərin nailiyyətlərini izləmək və gündəlik qeydlər aparmaq.
  • Həftəlik dərs planları hazırlamaq və tədris üçün lazımi materialları təmin etmək.
  • Aşkar edilən çatışmazlıqları aradan qaldırmaq üçün tədbirlər görmək.
  • Dərs və sinifdənkənar fəaliyyətlərdə uşaqlara nəzarət etmək.
  • Valideynlərlə effektiv kommunikasiya quraraq onların övladlarının inkişafına dair məlumatlandırmaq.

İş rejimi: 09:30-17:30 (həftədə 36 saat)

Tələblər

Tələb olunan təhsil səviyyəsi:

  • İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil ixtisası üzrə bakalavr dərəcəsi;
  • Magistratura dərəcəsi üstünlük hesab edilir.

Tələb olunan biliklər:

  •  “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
  • Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında;
  • Effektiv təlim strategiyaları;
  • Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki;
  • İKT, MS Office və müasir təlim texnologiyaları;
  • Yüksək səviyyədə Azərbaycan dili (C2) və İngilis dili (C1) yazılı və şifahi dil bilikləri.

Tələb olunan səriştəliklər:

  • Kritik düşünmə;
  • Problem həll etmə;
  • Özünü motivə etmə və öyrənmə;
  • Əməkdaşlıq;
  • Ədalətlilik və məsuliyyətlilik;
  • Koçluq, yetişdirmə və inkişaf etdirmə;
  • Məntiqi təffəkkür;
  • Planlaşdırma və təşkil etmə.

Tələb olunan bacarıqlar:

  • Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
  • Zamanın səmərəli idarəolunması;
  • Uşaq ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə;
  • Effektiv dərs planlaşdırma;
  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
  • Özü və uşaqlar ilə refleksiya apara bilmə.


Vakansiya haqqında

Son tarix

March 28, 2025

Paylaşılıb

mart 3, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Təhsil