
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
• Onlayn satış əməliyyatları şöbəsinin ümumi fəaliyyət strategiyasını müəyyənləşdirməsi və rəhbərliyinin strateji hədəflərinə uyğun inkişaf etdirməsi;.
• Sifariş və satış bölmələrinin fəaliyyətinə nəzarət edərək, onların koordinasiyasının təmin edilməsi;
• Yeni əməkdaşlarla müsahibələrin keçirilməsi, təyin olunması və adaptasiya olunmasına nəzarət edilməsi;
• Sifariş və satış bölmələri üzrə proseslərin düzgün icrasına nəzarət etdilməsi və onların təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi;
• Şirkətin müəyyən etdiyi qaydalara, prosedurlara və müştəri məmnuniyyəti standartlarına uyğun işlənmənin təmin edilməsi;
• Onlayn satış və sifarişlərlə bağlı avtomatlaşdırma və digər rəqəmsal həllərin araşdırılması və tətbiq edilməsi;
• Satış və sifariş bölmələrinin aylıq, rüblük və illik hesabatlarının hazırlanması və analiz edərək rəhbərliyə təqdim etməsi;
• KPI göstəricilərinə nəzarət edərək, hədəflərin yerinə yetirilməsinin təmin edilməsi və performansın artırılması üçün tədbirlərin görülməsi;
• Müştəri məmnuniyyəti və satış effektivliyi ilə bağlı təhlillərin aparılması, inkişaf üçün təkliflərin hazırlanması;
• Satış və sifariş bölmələrinin rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi, iş bölgüsünə və fəaliyyətə nəzarət edilməsi;
• Komanda üzvlərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə təlim və inkişaf proqramların təşkil edilməsi; • Bölmə rəhbərlərinin fəaliyyətinin qiymətləndirilməsi və onların effektivliyinin artırılması üçün motivasiyaedici tədbirlərin görülməsi;
• Müştərilərdən daxil olan müraciət, şikayət və problemlərni təhlil edəilməsi, onların operativ həlli üçün və xidmət keyfiyyətinin yüksəldilməsi üçün aidiyyəti şöbələrlə birgə işləməsi;
• Onlayn satış və sifariş sistemlərindəki çətinlikləri təhlil edərək, onların təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi;
• Sifarişlərin düzgün idarə olunması, logistika proseslərinin effektivliyinin artırılması üçün aidiyyəti şöbələrlə əməkdaşlığın edilməsi;
• Geri qaytarılan məhsullar, xətalı satışlar və online mağaza qalığı problemləri ilə bağlı müvafiq həll yollarının müəyyənləşdirilməsi,nəzarətdə saxlanılması;
• Rəhbərliyin göstəriş və tapşırıqlarının vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi.
Namizədə tələblər:
• Ali təhsil (idarəetmə, biznes, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə)ı;
• Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili üstünlükdür.;
• Onlayn satış, pərakəndə satış və ya əməliyyatların idarə edilməsi sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
• Strateji planlaşdırma, əməliyyatların idarə edilməsi və biznes proseslərinin optimallaşdırılması üzrə bilik və təcrübə;
• Böyük komandaların idarə edilməsi, komandalar üzrə rəhbər heyətin işinə nəzarət,komandalar üzrə fəaliyyətin qiymətləndirilməsi bacarığı;
• KPI-ların müəyyənləşdirilməsi, biznes göstəricilərinin təhlili və nəticəyönümlü qərarların qəbulu bacarığı;
• Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları;
• Microsoft Office proqramları üzrə yüksək səviyyədə biliklər, Power BI ilə işləmək bacarığı;
• Müştəri təcrübəsi, satış effektivliyi, sifarişlərin idarə olunması və logistika prosesləri üzrə biliklər;
• Yüksək liderlik, strateji düşünmə, ünsiyyət və komandalararası koordinasiya bacarıqları;
• Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Son tarix
November 21, 2026
Paylaşılıb
oktyabr 22, 2026
Vakansiya növü
Tam ştat

StartPM Advisory ● Bakı, Azərbaycan
28-09-2026
2.7K

2GİS ● Bakı, Azərbaycan
01-10-2026
1.8K

Ferrum Kapital ● Bakı, Azərbaycan
08-10-2026
1.6K

Kontakt Home ● Bakı, Azərbaycan
Dünən
94

Kontakt Home ● Yevlax, Azərbaycan
26-10-2026
3.8K