Kontakt Home
Ana səhifə
/
/
/
Aparıcı Kopirayter (Video yönümlü)

Aparıcı Kopirayter (Video yönümlü)

Bu gün

132

Təsvir

  • TV reklamları, kampaniya çarxları, Reels və TikTok videoları üçün kreativ ideyaların və dinamik ssenarilərin hazırlanması;
  • Video məzmunun konseptinin formalaşdırılması və yaradıcı ideyaların inkişaf etdirilməsi;
  • Ssenarilərin çəkiliş prosesinə uyğunlaşdırılması və vizual həllərin nəzərə alınması;
  • Rejissor, prodüser və kontent komandası ilə sıx əməkdaşlığın qurulması;
  • İdeyanın yaranmasından çəkiliş və prodakşn mərhələsinədək prosesdə iştirak edilməsi;
  • Junior və middle kopirayterlərin işlərinin qiymətləndirilməsi və konstruktiv rəylərin verilməsi;
  • Komanda üzvlərinin peşəkar inkişafına dəstək göstərilməsi və yazı keyfiyyətinin yüksəldilməsi;
  • Kontakt brendinin ünsiyyət tonunun bütün kommunikasiya kanallarında qorunması;
  • Sosial media trendlərinin və lokal yumorun yaradıcı məzmunlarda tətbiq edilməsi;
  • Süni intellekt alətlərindən ideya generasiyası və ssenari strukturunun hazırlanmasında istifadə edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Kopiraytinq və ya ssenaristlik sahəsində minimum 3-4 il iş təcrübəsi;
  • Video kontent və reklam çarxları üzrə praktiki təcrübə və güclü portfolio;
  • Yazılı məzmunu vizual olaraq təsəvvür etmək, kadr ritmini, aktyor oyununu və montaj dinamikasını anlamaq bacarığı;
  • Komanda üzvlərinə istiqamət vermək və konstruktiv rəy bildirmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, təbii və yaradıcı yazı bacarığı;
  • Rus və ya ingilis dili biliyi arzuolunandır;
  • Eyni vaxtda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
  • Detallara diqqət, kreativ düşüncə və güclü kommunikasiya bacarıqları;
  • Süni intellekt alətlərindən istifadə üzrə biliklər arzuolunandır.


Biz təklif edirik:

  • Böyükmiqyaslı reklam kampaniyalarında və kreativ layihələrdə iştirak imkanı;
  • Güclü prodakşn dəstəyi və yaradıcı ideyaları reallaşdırmaq imkanı;
  • Peşəkar və dinamik komanda ilə işləmək;
  • Rəsmi əmək müqaviləsi;
  • Rəqabətədavamlı əməkhaqqı.

Vakansiya haqqında

Son tarix

December 17, 2026

Paylaşılıb

noyabr 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr