Brend mövqeləndirilməsi və kommunikasiya strategiyasının, eləcə də büdcəsinin planlaşdırılması, idarə olunması və monitorinqi;
Brend Kommunikasiyaları komandası üçün məqsədlərin müəyyən edilməsi və komanda üzvlərinin fəaliyyətinin monitorinqi;
Brendin bazarda fərqləndirilməsini və yadda qalmasını gücləndirən təşəbbüslərin həyata keçirilməsi;
Brend Kommunikasiyaları fəaliyyyətinin effektivliyi üzrə hesabatların təqdim edilməsi/media və PR münasibətlərinin idarə olunması;
Media ilə uzunmüddətli və etibarlı münasibətlərin qurulması və inkişaf etdirilməsi;
PR strategiyasının hazırlanması və həyata keçirilməsi;
Mətbuat relizləri, müsahibələr və media çıxışlarının koordinasiyası;
Brend reputasiyasının qorunması və potensial kommunikasiya risklərinin idarə olunması/tədbirlər və brend aktivliklərinin idarə edilməsi;
Müxtəlif istiqamətli tədbirlərin (BTL kampaniyaları, reklam kampaniyaları, açılış mərasimləri, təqdimatlar, mətbuat konfransları, brifinqlər, press-turlar və s.) planlaşdırılması və təşkilinə rəhbərlik edilməsi, monitorinqi və effektivliyinin qiymətləndirilməsi;
Tədbirlərin brend strategiyasına və kommunikasiya məqsədlərinə uyğunluğunun təmin edilməsi;
Tədbir formatlarının inkişaf etdirilməsi və auditoriya ilə emosional əlaqə yaradan təcrübələrin formalaşdırılması/ KSM və sponsorluq layihələrinin idarə edilməsi;
Şirkətin KSM (Korporativ Sosial Məsuliyyət) strategiyasının inkişaf etdirilməsi, strategiyaya uyğun sosial layihələrin təşkili və idarə olunması;
Sosial və ictimai təşəbbüslər vasitəsilə brend reputasiyasının gücləndirilməsi;
Sponsorluq layihələrinin seçimi, qiymətləndirilməsi və koordinasiyası/ daxili kommunikasiyalara dəstək göstərilməsi;
HR departamentinin Daxili Kommunikasiyalar bölməsi ilə birlikdə əməkdaşlara yönəlik BK layihələrinin həyata keçirilməsi;
Şirkətin “employer branding” təşəbbüslərinin dəstəklənməsi və daxili imicinin gücləndirilməsi;
Əməkdaşların cəlb olunmasını və korporativ mədəniyyətin gücləndirilməsini hədəfləyən “Kontakt Life” xüsusi layihəsinin strategiyasının hazırlanması, idarə olunması və monitorinqi;
Əməkdaş bağlılığını artırmaq və şirkət dəyərlərini möhkəmləndirmək məqsədilə daxili kommunikasiya kampaniyalarının və kontentin hazırlanması.
Tələblər
Ali təhsil (Marketinq, PR və ya oxşar sahələr);
Brend kommunikasiyaları, PR və ya marketinq sahəsində minimum 5–7 il iş təcrübəsi;
Media, tədbirlər və PR layihələrinin idarə olunması üzrə təcrübə;
Azərbaycan dili – mükəmməl; rus və ya ingilis dili üstünlükdür;
Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
Strateji düşüncə və kompleks kommunikasiya layihələrini idarə etmə bacarığı;
Komanda idarəçiliyi və layihə koordinasiyası təcrübəsi;
Yüksək təşkilatçılıq bacarığı və detallara diqqət;
Brend reputasiyası və ictimai kommunikasiya prinsiplərini yaxşı anlama.
Vakansiya haqqında
Son tarix
April 17, 2026
Paylaşılıb
mart 18, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr