Kontakt Home
Ana səhifə
/
/
/
Süni İntellekt həllərinin araşdırılması üzrə mütəxəssis

Süni İntellekt həllərinin araşdırılması üzrə mütəxəssis

25-11-2025

264

Təsvir

• Şirkətin daxili prosesləri üçün uyğun AI və avtomatlaşdırma alətlərinin araşdırılması və təklif olunması;

• Biznes tələbinin başa düşülməsi və ona uyğun ən effektiv AI və ya iş axınların araşdırılması;

• Müxtəlif AI platformalarında (video, vizual dizayn, kontent yaradılması və s.) testlərin aparılması, prototiplərin hazırlanması;

• Alət müqayisələri, qısa analitik icmallar və hesabatların hazırlanması;

• Komandalarla işləyərək tələblərin toplanması və həmin tələblərin AI ilə necə optimallaşdırıla biləcəyinin təqdim edilməsi;

• Portfelində olan alətləri və yeni öyrəndiklərini komanda ilə paylaşması;

• AI alətlərinin monitorinqi: ChatGPT, Gemini, Claude, Copilot, Perplexity və s. yeniliklərin izlənməsi.

Tələblər

• Ali təhsil arzuolunandır;

• İngilis dilində texniki materiallarla işləmə bacarığı (araşdırma məqsədli);

• Model növləri barədə baza biliklər (məs.: LLM, video AI, image AI, multimodal modellər, agent sistemləri);

• Prompt mühəndisliyi (müxtəlif tapşırıqlar üçün effektiv prompt yazma bacarığı);

• Araşdırma və müqayisə etmə bacarığı (AI alətlərinin test edilməsi, nəticələrin ölçülməsi, müqayisə cədvəllərinin hazırlanması);

• Avtomatlaşdırma ekosistemlərindən baza bilikləri arzuolunandır (n8n, Make, Zapier ilə iş axınlarının qurulmasına maraq);

• Eksperiment aparmaq bacarığı (prototip hazırlanması, test nəticələrinin sənədləşdirilməsi);

• Video, foto və vizual content yaratmağa həvəsli;

• Vizual AI anlayışı (Midjourney, DALL·E, Leonardo, Runway, Pika kimi alətlər üzrə baza biliklər);

• Hesabat və təqdimat etmə bacarığı (qısa analitik icmal, nəticə və tövsiyə sənədlərinin hazırlanması);

• AI yeniliklərinin izlənməsi (model buraxılışları, benchmarklar, changeloglar, roadmap oxuma bacarığı);

• Yaradıcı düşüncə və eksperiment ruhu;

• Yeni texnologiyaları öyrənməyə yüksək motivasiya;

• Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya;

• Vaxt idarəçiliyi və paralel tapşırıqlarla işləmə bacarığı.

 

Müraciət zamanı aşağıdakılardan ən azı birinin göndərilməsi vacibdir:

• Vizual kontent nümunələri;

• İş axını / avtomatlaşdırma nümunəsi (Make, n8n, Zapier);

• AI-la bağlı gördüyün hər hansı bir işin nümunəsi link formasında portfolio (pdf, video və.s).

Vakansiya haqqında

Son tarix

January 4, 2026

Paylaşılıb

noyabr 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə