Kontakt Home

Data analitik

  • Kontakt Home
  • Süleyman Sani Axundov küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

15-07-2024

6.4K

Bağlanılıb

Təsvir

  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
  • Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
  • Müəssisənin əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdən həftəlik, aylıq, rüblük, yarım illik və illik əməliyyat hesabatlığı sistemlərinin planlanması, qurulması, inteqrasiyası;
  • Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması;
  • Satışların, kredit portfelinin və müxtəlif biznes proseslərin dövrlük müqayisəli analitik hesabatlarının hazırlanması;
  • Verilmiş qərarların, edilmiş dəyişikliklərin hazırkı biznes proseslərə və satışlara təsirinin qiymətləndirilməsi;
  • Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
  • Verilənlər Bazası (DB) ilə işləmə bacarığı;
  • Optimallaşmış SQL sorğularla müxtəlif hesabatların alınması;
  • DB-də prosedur, Job-ların qurulması;
  • Fərqli mənbələrdən dataların çəkilməsi və hesabatlar üçün DWH-ların qurulması.


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.


Tələblər

  • Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
  • Səlis Azərbaycan dili biliyi, yaxşı səviyyədə İngilis və Rus dili biliyi;
  • Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsİ;
  • Detallara və nəticəyə yönümlülük;
  • Komandada işləmək və ünsiyyət bacarıqları;
  • Yüksək səviyyədə SQL (MSSQL, T-SQL) dili bilikləri (analitik funksiyalarla işləmə bacarığı);
  • Yüksək səviyyədə Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bilikləri;
  • Əlaqəli Databaza İdarəetmə Sistemlərində datanın manipulyasiyası bacarığı (SQL);
  • Analitik tool-larla işləmə bacarığı;
  • Python üzrə biliklər arzu olunandır.

Vakansiya haqqında

Son tarix

iyul 30, 2024

Paylaşılıb

iyul 15, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik