Beynəlxalq daşınmalar-idxal və ixrac əməliyyatları şöbəsi tərəfindən göndərilən yük sənədlərinin düzgünlüyünün yoxlanması və gömrükləməyə qədər hazırlanması;
Gömrük idxal və ixrac bəyannamələrinin düzgünlüyünün yoxlanılması və vaxtında rəsmiləşdirilməsinin həyata keçirılməsi;
E-gov.az portalından yüklərin sərhədi keçməsini izləyib, verilən barkodların yük sərhədi keçdikdən sonra, gecikdirilmədən idxalın rəsmiləşdirilməsinin həyata keçirilməsi;
Bakı Baş Gömrük İdarəsi tərəfindən geri qaytarılan, eləcə də, uyğunsuzluq aşkarlanan bəyannamələrin səbəbini araşdıraraq problemin aradan qaldırılmasının təmin edilməsi;
Zərurət yarandığı halda terminallardan yüklərin çıxarılması və anbara təhvil verilməsi üçün lazımi işlərin görülməsi;
Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00
Tələblər
Tələblər:
Ali təhsil;
Azərbaycan dili (əla), Rus və İngilis dilləri biliyi orta səviyyədə;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi arzuolunandır;
Gömrük qanunvericiliyi sahəsində nəzəri biliklərinin olması ;
İdxal, ixrac prosesi və logistik və broker əməliyyatlar haqqında ümumi anlayışın olması;