Kontakt Home

İT Biznes Analitik

  • Kontakt Home
  • Süleyman Sani Axundov küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Dünən

227

Təsvir

  • Layihələr üzrə texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması;
  • Maraqlı tərəflərlə görüşlərin təşkili, tələblərin toplanması və dəqiqləşdirilməsi;
  • Toplanan tələblərin analiz edilməsi, optimallaşdırılması və razılaşdırılması;
  • Funksional və qeyri-funksional tələblərin sənədləşdirilməsi və prioritetləşdirilməsi;
  • İstifadəçi hekayələrinin (user stories), qəbul meyarlarının (acceptance criteria) və istifadə ssenarilərinin hazırlanması;
  • Proses diaqramlarının və Use Case-lərin hazırlanması (BPMN 2.0 əsasında);
  • Eskiz və prototiplərin hazırlanması, təqdimatı və rəylərin toplanması;
  • Hazırlanmış funksionallıqların ilkin testlərinin aparılması;
  • Tapşırıqların planlaşdırılması, prioritetlərin və mərhələlərin (milestones) müəyyən edilməsi;
  • Mövcud sistemlərə dəstək göstərilməsi və yeni tələblərin tətbiq olunması;
  • Komanda ilə SCRUM görüşlərində iştirak və tapşırıqların müzakirə olunması;
  • İstifadəçi və inzibatçı təlimatlarının hazırlanması, təqdimat və təlimlərin təşkili.


İş şəraiti:

  • İş günləri: I–V günlər;
  • İş saatı: 09:00–18:00.


Tələblər

  • Ali təhsil (Biznes, İT və ya əlaqəli sahə üzrə);
  • Azərbaycan dili – əla səviyyədə, ingilis dili – texniki səviyyədə, rus dili – üstünlük hesab olunur;
  • İT layihələrində minimum 2 il biznes analitiki və ya məhsul sahibi (Product Owner) kimi təcrübə;
  • Analitik düşünmə və tələblərin düzgün formalaşdırılması bacarığı;
  • Operativ qərarvermə və yüksək məsuliyyətlilik;
  • BPMN 2.0 və UML diaqramları ilə işləmə bacarığı;
  • Eskiz və prototipləşdirmə alətləri (Figma, Balsamiq və s.) ilə işləmə təcrübəsi;
  • Layihə idarəetmə alətləri (Jira, ClickUp, Azure Boards və s.) ilə işləmə bacarığı;
  • SCRUM metodologiyası üzrə biliklər və komanda ilə işləmə təcrübəsi;
  • API və SQL üzrə baza biliklər;
  • UI/UX prinsipləri barədə anlayış;
  • Proqram təminatının hazırlanma mərhələləri (SDLC) üzrə biliklər.



Vakansiya haqqında

Son tarix

November 18, 2025

Paylaşılıb

oktyabr 9, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik