Daxil olan sorğuların vaxtında və düzgün həll edilməsinin təmin olunması;
İstifadəçi komputerlərində və İT avadanlıqlarında baş vermiş problemlərin müəyyən edilib, dərhal aradan qaldırılması və fasiləsiz işin təmin edilməsi;
Yeni işçilərə iş mühitinin yaradılması üçün lazımı işlərin görülməsi;
Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpa olunması;
Sistem səhvlərinin diagnostikasının aparılması və aşkar olunmuş səhvliklərin aradan qaldırılması;
İstifadəçilərin korporativ domain şəbəkəsinə qoşulması, İp telefonların konfigurasiya edilməsi, elektron poçtun istifadəçi komputerlərində ayarlanması, printer/ scanner tipli qurğuların əlavə olunması və s. kimi buna bənzər işlərin görülməsi;
Lazim gəldikdə masa üstü komputer və notebook kimi avadanlıqların detallarının yenilənməsi.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Tələblər
Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
İT sahəsində azı 3 il iş təcrübə;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Detallara və nəticəyə yönümlü olmaq;
Komandada işləmək və ünsiyyət bacarıqları;
Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
Windows Client /macOS əməliyyat sistemləri üzrə dərin biliklərin olması;
Active Directory, Group Policy, Microsoft Exchange üzrə baza biliklərinin olması;
TCP/IP, DNS, DHCP,LAN, VLAN, WLAN və VPN kimi protoklarların işləmə prinsiplərini anamalı;
Müxtəlif növ Backup program təminatları ilə iş təcrübəsinin olması (Acronis, Veeam, Norton və s.);
AP, Router, Network Printer, Scanner və s. kimi avadanlıqların sazlanması.