Kontakt Home

Jira administrator

  • Kontakt Home
  • Süleyman Sani Axundov küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

04-11-2024

2.1K

Təsvir

  • Atlassian platformalarının (Jira Core, Software, Service Manageent, Portfolio, Confluence, BitBucket) tam konfiqurasiyası və idarə olunması, layihələrin həyata keçirilməsi, sistemin yüksək performansla işləməsinin təmin edilməsi;
  • Şirkətin proseslərinə uyğun iş axınlarının (workflows) yaradılması, dəyişdirilməsi və avtomatlaşdırılması;
  • İstifadəçi davranışları və sistemin fəaliyyəti haqqında hesabatlar hazırlamaq, analitik məlumatlar əsasında qərarların qəbul edilməsi;
  • Pluginlərin quraşdırılması, idarə edilməsi və yeni inteqrasiya həllərinin hazırlanması;
  • İstifadəçilərə Jira sistemindən effektiv istifadə üçün texniki dəstək verilməsi və təlimlərin təşkil edilməsi;
  • İstifadəçi icazələrinin düzgün şəkildə verilməsi, rol və icazələrin idarə edilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi;
  • Sistemin fəaliyyəti və istifadəçi davranışlarının monitorinqi, analiz edilməsi və müvafiq hesabatların hazırlanması;
  • Sistemdə yaranan problemlərin tez və effektiv həlli, Jira-nın yenilənmələrinin və yeni funksionallıqların tətbiqi.


İş şəraiti:

  • İş qrafiki: I-V günləri.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil üstünlükdür;
  • Jira administrator vəzifəsində minimum 2 illik təcrübə;
  • Jira Software, Jira Service Management, Bitbucket, Confluence və digər Atlassian məhsulları üzrə dərin biliklər;
  • JQL (Jira Query Language), Groovy, Python və ya digər skript dillərində təcrübə;
  • Jira-nın digər sistemlərlə (CI/CD alətləri, Git, Jenkins və s.) inteqrasiyası üzrə təcrübə;
  • ITIL prinsiplərini dərindən bilmək və tətbiq etmək, xidmət idarəetmə proseslərinin optimallaşdırılması bacarığı;
  • Jira və digər alətlərin performansını optimallaşdırmaq, sistemin davamlı izlənməsi və təkmilləşdirmə işlərinin aparılması.

Vakansiya haqqında

Son tarix

noyabr 29, 2024

Paylaşılıb

noyabr 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik