Kontakt Home

Kassir

22-04-2025

731

Təsvir

  • Satış və müştəri tərəfindən qaytarılmış məhsullar üzrə əməliyyatların düzgün və vaxtında icrasını təmin etmək;
  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul olunmasını təşkil etmək;
  • Geri qaytarmalar zamanı sənədləşmə və maliyyə prosedurlarına riayət etmək;
  • Kassadan keçən bütün nağd vəya nağdsız vəsaitlərin ucotunu aparmaq;
  • Nağd və nağdsız əməliyyatların düzgün qeydiyyatını təmin etmək;
  • Pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasına nəzarət etmək və müvafiq struktur əməkdaşlarına təhvil verilməsini təşkil etmək;
  • Gündəlik və aylıq maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Müştərilərin müraciətlərinə səlahiyyət çərçivəsində cavab vermək;
  • Aidiyyəti üzrə müştəri sorğularını müvafiq şöbələrə yönləndirmək;
  • Xidmət səviyyəsinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
  • Şirkətdaxili daxil olan sorğu və tapşırıqlarla bağlı yarana biləcək sualları cavablandırmaq;
  • Daxil olan yazılı məktublara və elektron müraciətlərə vaxtında və düzgün cavab vermək;
  • Yaranan problemlər və fors-major hallar barədə struktur rəhbərini məlumatlandırmaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
  • Şirkətin daxili nizam-intizam qaydalarına və etik davranış prinsiplərinə riayət etmək.

İş şəraiti:

  • İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;


Tələblər

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • Maliyyə və ya mühasibatlıq sahəsində ilkin biliklər;
  • Kompüter və kassa sistemləri ilə işləmə bacarığı;
  • Yüksək ünsiyyət bacarığı və müştəri yönümlü yanaşma;
  • Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

June 1, 2025

Paylaşılıb

aprel 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq