Kontakt Home
Ana səhifə
/
/
/
Kontent üzrə mütəxəssis - Kontakt TV

Kontent üzrə mütəxəssis - Kontakt TV

18-11-2025

555

Təsvir

Platformanın kontentinin idarə olunması

  • Mobil, Veb və Smart TV platformalarında videokontentin mütəmadi yenilənməsi və zərurət yarandıqda dəyişdirilməsi;
  • Yeni filmlərin, serialların və digər video materialların əlavə edilməsi, mövcud kontentin keyfiyyətinə nəzarət edilməsi;
  • Catch-up (geri izləmə) kontentinin hazırlanması və vaxtında istifadəyə verilməsi;
  • Kontent kitabxanasının aktuallığı və müxtəlifliyinin təmin edilməsi


Qrafik materiallarla iş

  • Bütün platformalarda dinamik və statik bannerlərin yaradılması və vizual baxımdan cəlbedici formada təqdim edilməsi;
  • Bannerlərin cihaz və ekran ölçülərinə uyğunlaşdırılması, texniki tələblərə cavab verməsinin təmin edilməsi;
  • Marketinq kampaniyaları və aksiyalar üçün vizual materialların hazırlanmasında iştirak edilməsi.


Analiz və hesabatlılıq

  • Billing metrikaları üzrə məlumatların toplanması və təhlil edilməsi;
  • Kontent istifadəsi, abunəçi davranışları və aktivlik üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Kontent performansını artırmaq üçün analitik nəticələr əsasında tövsiyələrin verilməsi.


İstifadəçi dəstəyi

  • İstifadəçi müraciətlərinin operativ araşdırılması və cavablandırılması;
  • Kontentlə bağlı texniki və funksional problemlərin həllində texniki komanda ilə əməkdaşlığın edilməsi;
  • Geribildirimlərin toplanması və təhlili ilə istifadəçi təcrübəsinin yaxşılaşdırılması.


Əlavə vəzifələr

  • OTT kontent bazarındakı trendlərin və rəqiblərin fəaliyyətinin izlənilməsi;
  • Yeni ideyaların və innovativ həllərin hazırlanması, tətbiq edilməsi;
  • Kontentin geniş auditoriyaya çatdırılması üçün marketinq komandası və tərəfdaşlarla əməkdaşlıq edilməsi.

Tələblər



  • Rəqəmsal kontent idarəçiliyi, media və ya OTT sahəsində ən azı 1–2 illik iş təcrübəsi;


  • Video kontent formatları, keyfiyyət standartları və metadata prinsipləri haqqında biliklər;


  • Qrafik dizayn sahəsində bacarıqlar (Adobe Photoshop, Illustrator və ya oxşar proqramlarda işləmə təcrübəsi üstünlükdür);


  • Analitik düşünmə qabiliyyəti və hesabat hazırlamaq bacarığı (Excel və ya Google Sheets bilikləri arzuolunandır);


  • Diqqətlilik, məsuliyyət və komanda ilə işləmə bacarığı;


  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (hər iki dil mütləq tələblərdir);


  • İngilis dili biliyi əlavə üstünlük hesab olunur.

Vakansiya haqqında

Son tarix

December 28, 2025

Paylaşılıb

noyabr 18, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Orta təhsil

Kateqoriya

Dizayn, incəsənət, yaradıcılıq

Oxşar vakansiyalar