Şirkətin fəaliyyəti və məhsulları haqqında daxili və xarici kommunikasiya kanalları üçün press-relizlərin, çıxış nitqlərinin, məqalələrin, reklam mətnlərinin, bloq yazılarının və vebsayt məzmunlarının hazırlanması və redaktəsi;
Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
PR və KSM layihələri üzrə kommunikasiya planlarının hazırlanması, materialların KİV-də və sosial mediada yayımlanmasına nəzarət edilməsi və nəticələrə dair hesabatların hazırlanması;
PR və KSM layihələri ilə bağlı foto və video çəkilişlərinin təşkili və idarə edilməsi;
PR və KSM layihələrinin büdcələrinin hazırlanmasında iştirak edilməsi, xərclərin və nəticələrin izlənməsi;
KİV-də və sosial mediada şirkət haqqında yayımlanan materialların gündəlik monitorinqi və aidiyyəti rəhbər şəxslərin məlumatlandırılması;
Brend nüfuzunun formalaşdırılması, qorunması və böhran kommunikasiyasının idarə edilməsində iştirak edilməsi;
Mətbuat konfranslarının, brifinqlərin, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin və press-turların təşkili və işıqlandırılması;
Əməkdaşlara yönəlmiş layihələr üzrə daxili kommunikasiya planlarının hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
Şirkətin strategiyasına, məqsədlərinə və dəyərlərinə uyğun korporativ kommunikasiya təşəbbüslərinin hazırlanması və həyata keçirilməsi;
Şirkətin KSM prioritetlərinə uyğun sosial layihələrin təklif edilməsi, planlaşdırılması və icrasının koordinasiyası;
KSM layihələri üçün qeyri-hökumət təşkilatları, icmalar və digər tərəfdaşlarla əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
KSM layihələrinin məqsəd və nəticə göstəricilərinin müəyyən edilməsi, icra nəticələrinin ölçülməsi və hesabatlaşdırılması;
Şirkətin məhsul və xidmətlərinin tanıdılması üçün kommunikasiya ideyalarının təklif edilməsi;
BTL promo aksiyaların, reklam aksiyalarının, açılış mərasimlərinin, təqdimatların və sosial yönümlü tədbirlərin təşkili, keçirilməsinə nəzarət və nəticələrinin qiymətləndirilməsi;
Podratçı şirkətlərlə əlaqələrin qurulması və işlərinin koordinasiyası;
Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Tələblər
Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür;
Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
Kommunikasiya və təqdimat bacarığı;
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.