Kontakt Home
Ana səhifə
/
/
/
Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis/ aparıcı mütəxəssis

Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis/ aparıcı mütəxəssis

  • Kontakt Home
  • Süleyman Sani Axundov küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

9.4K

Təsvir

  • Şirkətin fəaliyyəti və məhsulları haqqında daxili və xarici kommunikasiya kanalları üçün press-relizlər, çıxış nitqləri, məqalə, reklam mətnləri, bloq yazıları və vebsayt məzmunlarının yazılması, ehtiyac olduqda redaktə edilməsi; 
  • Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • PR materiallarının KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
  • PR layihələri ilə bağlı video və foto çəkilişlərinin təşkili və idarə edilməsi;
  • PR layihələrinin büdcələndirilməsində iştirak edilməsi;
  • KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
  • Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak və böhran kommunikasiyalarının effektiv idarə edilməsi;
  • Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
  • Əməkdaşlara yönəlik PR layihələri ilə bağlı Daxili kommunikasiya strategiyasının tətbiqində iştirak edilməsi;
  • Şirkətin strategiya, məqsəd və dəyərlərinə uyğun hərtərəfli korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsinə dəstək göstərilməsi;
  • Bazarda tanıtım məqsədi ilə şəbəkənin məhsullarının bazara salınması və yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyaların təklif edilməsi;
  • Tədbirlərin təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, açılış mərasimləri, təqdimatlar və s.)
  • Podratçı şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi;
  • Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi.


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür;
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Kommunikasiya və təqdimat bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
  • İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
  • Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.

Vakansiya haqqında

Son tarix

October 3, 2026

Paylaşılıb

sentyabr 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər