Şirkətin əsas brendi, törəmə brendləri və məhsul xətləri üzrə yaradıcı vizyona sahib olmaq. Hər birinin necə göründüyünü, necə danışdığını və auditoriyada hansı emosiyanı yaratdığını müəyyən etmək. Bütün kreativ çıxışların – ideya, vizual, mətn və video kontentin – vahid strateji çərçivə daxilində, lakin brendlərin fərdi kimliyini qoruyaraq formalaşdırılmasını təmin etmək və bu xəttin qoruyucusu olmaq. Bu rol şirkət brendlərinin necə danışdığına, necə göründüyünə və necə yadda qaldığına cavabdehdir.
Kreativ vizyon və liderlik:
- Brendin ümumi kreativ istiqamətinin və estetik xəttinin müəyyən edilməsi;
- Kampaniyalar və xüsusi layihələr üçün əsas ideyanın (big idea) formalaşdırılması;
- Brendin emosional tonu, vizual dili və hekayəçilik (storytelling) yanaşmasının sahiblənilməsi;
- Kreativ qərarlarda son sözün sahibi olmaq, brend və biznes strategiyasına uyğunluğun təmin edilməsi.
Yaradıcı və vizual istiqamət:
- Bütün vizual materialların bədii və konseptual uyğunluğuna kuratorluq edilməsi;
- Art direktorun və dizaynerlərin işinə istiqamət vermək, keyfiyyət çərçivəsini müəyyən edilməsi;
- Vizual standartların, keyfiyyət etalonlarının (benchmark) və estetik kriteriyaların formalaşdırılması;
- “Yaxşıdır” ilə “brend üçün doğrudur və praktik olaraq işləyir” arasındakı fərqin müəyyən edilməsi.
Video və kontentə rəhbərlik:
- Video kontentin ideya mərhələsindən son icrasınadək yaradıcı nəzarətin həyata keçirilməsi;
- Çəkilişlərin ümumi vizual və emosional təsirinə yön verilməsi;
- Kontent yanaşmasının (social-first və video-first) formalaşdırılması;
- Xarici agentliklər, çəkiliş komandaları və rejissorlarla kreativ səviyyədə işin qurulması və kurasiyası.
Kreativ və yazılı kommunikasiyalar komandasına idarəçilik:
- Komandanın təkcə gündəlik işinin icrası deyil, əsas olaraq istiqamətinin və keyfiyyətinin idarə edilməsi;
- Komandanın yaradıcı inkişafı, düşüncə səviyyəsinin yüksəldilməsi və estetik zövqünün formalaşdırılması;
- İdeya sessiyaları və konsept xülasələrinin (review) aparılması.
Brendin strategiyasına uyğunluq:
- Bütün kreativ çıxışların brend kimliyinə və ümumi biznes strategiyasının uyğunluğuna yekun təsdiq verilməsi;
- Brendin səs tonu (tone of voice), vizual dil və kontent üslubunun qorunması;
- Strateji kontentlər üçün kreativ təsdiq mexanizminin sahibi olması.
İş şəraiti
- İş qrafiki: I-V günlər
- Əmək haqqı: 4000-5000 AZN Gross + Rəqabətə uyğun mükafat sistemi