Kontakt Home

Layihə meneceri

  • Kontakt Home
  • Süleyman Sani Axundov, Bakı, Azərbaycan
  • Tam ştat

09-10-2024

2.9K

Təsvir

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
  • Layihənin iş planın hazırlanması, koordinasiyası və vaxtında yerinə yetirilməsinə nəzarət etməsi;
  • Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi və təsdiqi;
  • Layihə performansını, həcmini, qrafikini və xərclərini müvafiq sistem vasitəsi ilə ölçməsi;
  • Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi;
  • Layihə ilə bağlı sənədləşmənin aparılması;
  • Proseslərin və göstəricilərin analiz edilməsi;
  • Yeni təkliflərin edilməsi;
  • Seqment üzrə analizlərin aparılması;
  • Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi;
  • Partnyorlarla iş (ortaq layihələrin idarə edilməsi);
  • Layihənin icrası ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan departamentlər və şöbələrlə əlaqələrin yaradılması;
  • Layihənin həyata keçirilməsi üçün keyfiyyət standartlarına uyğunluğa riayət edilməsi;
  • Dövrü hesabatların hazırlanaraq struktur rəhbərinə təqdim olunması.


İş barədə məlumat:


İş günləri: I-V günlər;

İş saatı: 09:00-18:00.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərində səlis, ingilis dilində yaxşı səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Layihə meneceri (İT sahəsi) olaraq minimum 3 il iş təcrübəsi (Elektron kommersiya platformaları ilə iş təcrübəsi üstünlükdür);
  • Proqram təminatının işlənməsinin həyat dövrü və layihənin idarə edilməsi metodologiyaları (Agile, Scrum, Kanban) haqqında dərin anlayış;
  • Rəqəmsal marketinq prinsipləri və SEO, SEM, məzmun marketinqi, SMM və e-poçt marketinqi daxil olmaqla ən yaxşı təcrübələr haqqında biliklərin olması üstünlükdür;
  • Layihənin məhsuldarlığını və səmərəliliyini artırmaq üçün prosesləri təhlil etmək və optimallaşdırmaq bacarığı;
  • UX/UI dizaynının əsaslarını və onun istifadəçi təcrübəsinə təsirini başa düşmək;
  • Layihənin texniki tələblərini və biznes proseslərini təsvir etmək bacarığı;
  • Veb proqramların hazırlanması sahəsində müasir texnologiyalar və tendensiyalar haqqında biliklər;
  • Jira, Trello və ya oxşar layihə idarəetmə sistemləri ilə təcrübə;
  • Trafik və istifadəçi davranışını izləmək və təhlil etmək üçün Google Analytics və digər analitik alətlərdən istifadə bacarığı;
  • A/B testi və CRO (Conversion Rate Optimization) üçün alətlər üzrə biliklər;
  • Confluence, Slack və başqaları kimi əməkdaşlıq alətləri ilə işləmə bacarığı;
  • Cədvəllər və hesabatlar yaratmaq və təhlil etmək üçün Microsoft Office və Google Workspace, xüsusilə Excel və Google Sheets proqramlarında işləmə bacarığı;
  • Mükəmməl ünsiyyət bacarıqları;
  • Çarpaz funksional komandaları və layihələri idarə etmək bacarığı;
  • Tez qərar qəbul etmək və problemləri həll etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

oktyabr 9, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

2500 - 2800 AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə