Kontakt Home
Ana səhifə
/
/
/
Mağaza müdiri Olivia - Biləsuvar (Kosmetika və baxım)

Mağaza müdiri Olivia - Biləsuvar (Kosmetika və baxım)

27-05-2024

878

Təsvir

Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Mağaza müdiri axtarılır.


  • Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
  • Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.


İş şəraiti:

  • İş günləri: 6 gün iş, 1 gün istirahət;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq vəzifədə ən azı 3 il təcrübə;
  • Səlis Azərbaycan dili, Rus dili biliyi arzu olunandır;
  • Kompüter bilikləri (MS Office);
  • 1C proqramı ilə işləmə bacarığı arzu olunandır;
  • Mükəmməl analitik və təhlil etmə bacarığı;
  • Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
  • Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır.

Vakansiya haqqında

Son tarix

iyul 6, 2024

Paylaşılıb

may 27, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə