Kontakt Home
Ana səhifə
/
/
/
Mebel üzrə quraşdırıcı texnik (Gəncə)

Mebel üzrə quraşdırıcı texnik (Gəncə)

Bu gün

515

Təsvir

  • Şirkətin əmlakına və təqdim etdiyi alətlərə düzgün qulluq etmək və onlardan təyinatı üzrə istifadə etmək;
  • Təyin olunmuş sifarişləri vaxtında qəbul etmək və icra etmək;
  • Müştəri ilə əvvəlcədən əlaqə saxlayaraq quraşdırılma vaxtını dəqiqləşdirmək;
  • Müştərinin ünvanında keyfiyyətli quraşdırma xidmətinin göstərilməsini təmin etmək;
  • Mebelin komplektasiyasını və texniki vəziyyətini yoxlamaq;
  • Quraşdırma başa çatdıqdan sonra mebelin funksionallığını yoxlamaq;
  • Müştərilərlə etik davranış qaydalarına riayət etmək və peşəkar ünsiyyət qurmaq;
  • Görülmüş işləri müştəriyə düzgün və keyfiyyətli şəkildə təhvil vermək;
  • Quraşdırma zamanı aşkar edilən qüsurlar və mümkün risklər barədə dərhal rəhbərliyə məlumat vermək;
  • Müştəriyə mebelin istifadə və qulluq qaydaları barədə məlumat vermək.


Tələblər

  • Orta və ya ali təhsil;
  • Mebel quraşdırılması sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilmək, rus dili biliyi arzuolunandır;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət keyfiyyətinə önəm vermək.


Biz nə təklif edirik?

  • Dinamik iş mühitində çalışmaq imkanı;
  • Peşəkar bacarıqların inkişaf etdirilməsi imkanı;
  • Böyük və tanınmış şirkətin komandasına qoşulmaq imkanı.


İş şəraiti:

  • İş yeri: Gəncə şəhəri;
  • İş qrafiki: 6 gün iş, 1 gün istirahət;
  • Nəqliyyat: Şəxsi avtomobilin olması mütləqdir (B kateqoriyalı sürücülük vəsiqəsi).



Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.



Vakansiya haqqında

Son tarix

November 8, 2026

Paylaşılıb

oktyabr 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər