Kontakt Home
Ana səhifə
/
/
/
Məhsul üzrə menecer (Olivia beauty and care)

Məhsul üzrə menecer (Olivia beauty and care)

Bu gün

178

Təsvir

  • Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
  • İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
  • Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
  • Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
  • Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
  • Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
  • Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
  • Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
  • Büdcənin idarə edilməsi və izlənməsi.


Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə vəya satınalma sahəsində2-3 il iş təcrübəsi;
  • Səlis Azərbaycan, rus və ingilis dilləri biliyi;
  • Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
  • Kosmetika və özünə baxım sahələrində təcrübə arzuolunandır;
  • Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
  • Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook), 1C bilməsi arzuolunandır;


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;

Vakansiya haqqında

Son tarix

noyabr 14, 2024

Paylaşılıb

oktyabr 22, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə