Kontakt Home
Ana səhifə
/
/
/
Məhsul üzrə menecer (Özəl mebellər üzrə)

Məhsul üzrə menecer (Özəl mebellər üzrə)

Bu gün

23

Təsvir

  • Şirkətin özəl mebel kateqoriyasının effektiv idarə olunmasının təmin edilməsi, kateqoriyanın inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Yerli və xarici istehsalçılarla əməkdaşlıqların qurulması, yeni məhsulların seçilməsi və inkişaf etdirilməsi prosesinin idarə edilməsi;
  • Assortimentin formalaşdırılması, qiymət strategiyasının hazırlanması, satış və mənfəətlilik göstəricilərinin artırılması istiqamətində fəaliyyət göstərilməsi;
  • Kateqoriya üzrə bazar araşdırmalarının aparılması, müştəri tələbatının və bazar trendlərinin təhlil edilməsi;
  • Rəqiblərin fəaliyyətinin izlənilməsi və əldə olunan nəticələr əsasında biznes qərarlarının hazırlanması;
  • İstehsalçılarla kommersiya danışıqlarının aparılması, müqavilə şərtlərinin razılaşdırılması və məhsul keyfiyyətinə nəzarət edilməsi;
  • Yeni layihələrin idarə olunması və şirkətin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq özəl mebel kateqoriyasının davamlı inkişafının təmin edilməsi.

Tələblər

  • Ali təhsil
  • Səlis azərbaycan dili biliyi, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Özəl mebellərin satışı sahəsində minimum 3il iş təcrübəsi;
  • Mebel bazarı, istehsal prosesləri, materiallar və trendlər haqqında biliklər;
  • Xarici istehsalçılar və təchizatçılarla işləmək təcrübəsi;
  • Analitik düşüncə və satış, marja, stok göstəricilərini təhlil etmək bacarığı;
  • Ezamiyyətlərə hazır olmaq (Çin, Türkiyə və digər ölkələrdə istehsalçı və sərgilərin ziyarəti).

Vakansiya haqqında

Son tarix

October 14, 2026

Paylaşılıb

sentyabr 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər