Kontakt Home
Ana səhifə
/
/
/
Məhsulların qəbulu və bölgüsü üzrə mütəxəssis (Sabirabad)

Məhsulların qəbulu və bölgüsü üzrə mütəxəssis (Sabirabad)

Dünən

206

Təsvir

Vəzifə öhdəlikləri:

 

  • Mərkəzi anbardan daxil olan məhsulların sistem üzrə mədaxil olunması və mədaxil üzrə sənədlərin arxiləşdirilməsi;
  • Yüklərin qəbulundan sonra tərtib olunan uyğunsuzluq aktının aidiyyəti üzrə yönləndirilməsi;
  • Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən mağaza vitrinlərinin, mağaza anbarlarının lazım olan sayda məhsulla təmin olunmasının icrası;
  • Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən məhsulların mağazalar və anbarlar arası yerdəyişmə əməliyyatlarının icrası;
  • Yeni açılan mağazalar üçün məhsulların sistem üzərindən rezerv olunması, eləcə də bağlanan mağaza qalıqlarının anbara və ya mağazalara yerdəyişmə edilməsi;
  • Sorğu əsasında müştəri məhsullarının sistem üzərindən mağaza və anbarlar arası yerdəyişmə edilməsi;
  • Məhsul üzrə menecerlərin sorğusu əsasında təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə geri çəkilməsi;
  •  Bölgü zamanı aşkar olunan uyğunsuzluqlar barədə aidiyyəti şöbələrin, əməkdaşların məlumatlandırılması;
  • Gündəlik olaraq gözləmə qalıqlarının yoxlanması, məhsulların gözləmə qalığında təyin olunan vaxtdan çox qalmamasına nəzarətin edilməsi;
  •  Marketing, təlim və s. şöbələrdən daxil olan sorğular əsasında məhsulların müvafiq daxili istifadə qalıqlarına yerdəyişmə edilməsi;
  • Görülən işlə əlaqəli şirkətdaxili şöbə və bölmələrlə məlumat və sənəd mübadiləsinin təşkil edilməsi;
  • Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.


İş şəraiti:

 

  • İş günləri: 6 gün iş, 1 gün istirahət;

Tələblər

Tələblər:

 

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Anbar əməliyyatları üzrə nəzəri və praktiki biliklərin olması;
  • Analitik düşünmə, təhliletmə qabiliyyəti;
  • Zərurət yarandığı halda ləngimə olmaması üçün işə operativ müdaxilə edilməsi;
  • Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
  • MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
  • Punktuallıq və detallara diqqət etmə bacarığı;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişlərinin olması;
  • Komanda ilə işləmə bacarığı.

 

Vakansiya haqqında

Son tarix

dekabr 3, 2024

Paylaşılıb

oktyabr 24, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

1000 - 1150 AZN

Kateqoriya

Logistika və nəqliyyat