Buraxılış rejimi haqqında təlimatın tələblərinə riayət edilməsi;
Prosedura və təlimata uyğun anbar binasına (qapısına) və ərazisinə daxil olan və çıxan nəqliyyat vasitələrinin, o cümlədən sürücülərin sənədlərini yoxlanılması;
Maşınlara yüklənən məhsulların sənədlərlə uyğunluğunun yoxlanılması, uyğunsuzluq aşkar etdikdə dərhal bu barədə rəhbərə məlumat verilməsi;
Müntəzəm olaraq seçmə üsulu ilə yükləmə-boşalma zonalarında yoxlama aparmalı, şübhəli hallar barədə təlimata uyğun olaraq dərhal aidiyyatı üzrə məlumat verilməsi;
Ərazidə hərəkət edən maşınların sürət həddini aşmamasına, eləcə də təyin olunmuş yerlərdən kənarda durmamasının, yüklənib-boşalmasının nəzarətdə saxlanılması;
Siqaret çəkmək üçün ayrılmış zonalardan kənar yerlərdə siqaret çəkilməsinin, həmçinin anbar ərazisinin zibillənməsinin qarşısının alınması;
Əməkdaşların yüklər üçün nəzərdə tutulmuş qapılardan hərəkətini məhdudlaşdırmalı, işçilərin və kənar şəxslərin anbar ərazisində yalnız təyinatı üzrə hərəkət etmələrinin nəzarətdə saxlanılması;
Gün ərzində və iş saatının sonunda anbarları tərk edən əməkdaşların üzərlərinin və çantalarının müntəzəm olaraq yoxlanılması;
Anbarlarda quraşdırılan nəzarət müşahidə kameralarının qarşısında görüntünü məhdudlaşdıracaq hər hansı maneənin olmamasına nəzarət edilməsi;
Rəhbərliyin göstərişi ilə işə aid digər tapşırıqların icra edilməsi.