Mövcud mağaza formatlarının müştəri ehtiyacları, davranışları və kommersiya məqsədləri nəzərə alınmaqla təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
Mağaza interyerinin, sərgiləmə zonalarının və stend dizaynlarının müştəriyönümlü yanaşma əsasında formalaşdırılması, brend standartlarına uyğunluğunun və vizual cəlbediciliyinin təmin edilməsi;
Müştəri hərəkət trayektoriyası, məhsulla təmas nöqtələri, görünürlük və alış qərarına təsir edən amillər əsasında mağazadaxili sərgiləmə və kommunikasiya həllərinin hazırlanması;
Mağaza daxilində yeni reklam və kommunikasiya modellərinin potensial yerlərinin müəyyənləşdirilməsi, konseptinin hazırlanması və tətbiqinin idarə edilməsi;
İnteryer dizayn və merçendayzinq komandaları ilə koordinasiyalı şəkildə mağazaların reformatı, interyer konsepsiyasının inkişafı və məhsulların kateqoriya, görünürlük prinsiplərinə uyğun yerləşdirilməsinin təmin edilməsi;
Yeni açılan mağazalar üçün interyer, stend dizaynı, məhsul sərgilənməsi, müştəri axını və kommunikasiya zonaları üzrə konseptual həllərin hazırlanması və tətbiqinin koordinasiyası;
Yeni konsepsiya və innovativ həllərin araşdırılması, pilot layihələrin həyata keçirilməsi, nəticələrin qiymətləndirilməsi və effektiv həllərin digər mağazalarda tətbiqi;
Mağaza mühitinin müştəri təcrübəsinə və satış effektivliyinə təsirinin təhlili, nəticələr əsasında optimizasiya tədbirlərinin görülməsi.
Tələblər
Ali təhsil (Dizayn, Memarlıq, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
Retail/FMCG sektorunda minimum 3 il iş təcrübəsi;
Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili bilikləri üstünlükdür;
Merçendayzinq, mağaza formatlarının inkişafı, retail dizayn və ya vizual sərgiləmə sahəsində təcrübə;
İnteryer dizaynı, mağaza planlaması və müştəri təcrübəsinin formalaşdırılması üzrə biliklər;
Müştəri davranışları və alış qərarlarına təsir edən amillər barədə anlayış;
Analitik düşüncə, güclü araşdırma və problem həll etmə bacarığı;
Kreativ, yenilikçi və nəticəyönümlü yanaşma;
Layihələrin koordinasiyası və müxtəlif komandalarla effektiv əməkdaşlıq bacarığı.
Vakansiya haqqında
Son tarix
September 20, 2026
Paylaşılıb
avqust 21, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr