Kontakt Home
Ana səhifə
/
/
/
Problemli ödənişlərə nəzarət üzrə mütəxəssis

Problemli ödənişlərə nəzarət üzrə mütəxəssis

Bu gün

3.1K

Təsvir

Vəzifə öhdəlikləri:


  • Problemli Ödənişlər Bölməsindən və əlaqəli digər struktur bölmələrindən daxil olan müraciətlərin qəbul edilməsi, araşdırılması və cavablandırılması;
  • Problemli Kreditlər Bölməsindən daxil olan müraciətlərin operativ şəkildə icra olunması və cavablandırılması;
  • Bölmənin gündəlik, həftəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Servis və Outlet bölmələri üzrə aidiyyəti sənədlərin düzgün ünvanlanmasının və ötürülməsinin təmin edilməsi;
  • Müxtəlif bölmələrdən daxil olan müraciətlər əsasında gecikməsi olan müştərilərə bildiriş məktublarının hazırlanması və göndərilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.


Tələblər

Tələblər:

  • Ali təhsil;
  • Kredit məhsulları, gecikmə, restrukturizasiya və problemli borcların idarə edilməsi üzrə ümumi anlayış;
  • Daxil olan müraciətlərin düzgün təhlil edilməsi və prioritetləşdirilməsi bacarığı;
  • Hesabatların hazırlanması üçün yaxşı səviyyədə Excel və MS Office bilikləri;
  • Yazılı və şifahi ünsiyyət bacarıqlarının yüksək olması (müştərilər və daxili bölmələrlə düzgün kommunikasiya üçün);
  • Məsuliyyətlilik, diqqətlilik və məxfi məlumatlarla işləmə bacarığı;
  • Stressə davamlılıq və konfliktli situasiyalarda peşəkar davranış;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, rus və ingilis dili biliyi arzuolunandır. 


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Vakansiya haqqında

Son tarix

January 22, 2026

Paylaşılıb

yanvar 13, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

750 - 850 AZN

Kateqoriya

Satış və müştəri xidmətləri