Kontakt Home

Qeydiyyatçı

Bu gün

74

Təsvir

  • Şirkətə gələn namizədləri və qonaqları qarşılamaq, qeydiyyatını aparmaq və müvafiq şəxslərə yönləndirmək;
  • Namizədlərin müsahibə və test mərhələləri üzrə təşkilati proseslərə dəstək göstərmək;
  • Görüş və test otaqlarının hazırlığına nəzarət etmək;
  • Namizədlərin gəlişi və prosesdəki dəyişikliklər barədə aidiyyəti əməkdaşları məlumatlandırmaq;
  • Daxil olan telefon zənglərini cavablandırmaq və müvafiq şəxslərə yönləndirmək;
  • Ziyarətçi vəsiqələrinin uçotunu aparmaq, gündəlik statistika və dövri hesabatlar hazırlamaq;
  • Daxil olan və göndərilən sənədlərin qeydiyyatını və müvafiq qaydada təhvil verilməsini təmin etmək;
  • Şəxsi məlumatların və daxili sənədlərin məxfiliyini qorumaq;
  • Qəbul zonasının səliqəli saxlanılmasını və peşəkar qarşılama xidmətini təmin etmək.


İş şəraiti:


İş yeri: Bakı şəhəri, Red Plaza biznes mərkəzi, Süleyman Sani Axundov küçəsi, 3G

İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00

İşin xarakteri: Analıq məzuniyyətində olan əməkdaşın əvəzinə, müddətli iş

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; rus dili biliyi üstünlükdür;
  • MS Excel üzrə orta səviyyədə biliklər, MS Word və elektron poçtla işləmək bacarığı;
  • Resepsiyon, qeydiyyat, administrator və ya oxşar vəzifə üzrə təcrübə üstünlükdür;
  • Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik;
  • Eyni vaxtda bir neçə işi idarə etmək və məxfi məlumatlarla məsuliyyətli davranmaq bacarığı.


Biz nə təklif edirik?


  • Böyük və tanınmış şirkətdə iş təcrübəsi;
  • Peşəkar komanda ilə əməkdaşlıq;
  • Bilik və bacarıqların inkişaf etdirilməsi imkanı;
  • Dinamik və işgüzar mühitdə çalışmaq imkanı.


Qeyd: Vakansiya analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi məqsədilə elan olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.





Vakansiya haqqında

Son tarix

November 7, 2026

Paylaşılıb

oktyabr 29, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Tərəfdaş

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə