Kontakt Home
Ana səhifə
/
/
/
Rəqəmsal Marketinq üzrə Mütəxəssis

Rəqəmsal Marketinq üzrə Mütəxəssis

Bu gün

212

Təsvir

Vəzifə haqqında


Rəqəmsal Marketinq üzrə Mütəxəssis şirkətin rəqəmsal kommunikasiya strategiyalarının hazırlanması, icrası və optimizasiyasına cavabdeh olacaq. Namizəd performans yönümlü kampaniyaların idarə edilməsi, analitik hesabatların hazırlanması və büdcə nəzarətində aktiv rol alacaq.


Əsas vəzifə öhdəlikləri


  • Marketinq kommunikasiyaları üzrə bazar araşdırması və təhlilinin aparılması;
  • Ətraflı rəqəmsal marketinq planlarının hazırlanması və brend/məhsul kampaniyalarının icra olunması;
  • Reklam kampaniyalarının effektivliyinin ölçülməsi, analizi və hesabatların hazırlanması;
  • Analitik alətlərdən istifadə edərək müntəzəm performans reportlarının hazırlanması;
  • Reklam büdcəsinin ilkin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Kampaniyaların təsdiq edilmiş büdcə çərçivəsində icrasına nəzarət edilməsi;
  • Yeni kommunikasiya kanalları və rəqəmsal alətlərin araşdırılması və inteqrasiyası;
  • Reklam şirkətləri və tərəfdaşlarla əməkdaşlıq, qiymət araşdırmalarının aparılması;
  • Marketinq fəaliyyətləri üzrə təqdimat və hesabatların hazırlanması;
  • Reklam kampaniyalarının planlanması, idarə olunması və koordinasiyası;
  • Kampaniya prosesində yaranan texniki və strateji problemlərin operativ həll olunması.


Tələblər

İstifadə olunacaq alətlər və texniki biliklər


Google Analytics

  • Veb sayt trafiki, istifadəçi davranışları və dönüşüm göstəricilərinin təhlili;
  • Kampaniya və kontent performansının izlənməsi üçün xüsusi tracking-lərin qurulması;
  • Analitik hesabatların hazırlanması və data əsaslı qərarların verilməsi.

Google Ads

  • Search və Display reklamlarının yaradılması, optimallaşdırılması və idarə edilməsi;
  • A/B testlərin aparılması və nəticələrin müqayisəli təhlili;
  • Hədəf auditoriyaya uyğun büdcə bölgüsü və ROI/ROAS analizi.

Google Tag Manager

  • İzləmə etiketlərinin qurulması və idarə edilməsi;
  • Analitik alətlərin düzgün data toplaması üçün optimizasiya işləri;
  • İstifadəçi və müştəri siqnallarının izlənməsi.

Meta Ads (Facebook / Instagram)

  • Sosial media reklam strategiyalarının hazırlanması və icrası;
  • Hədəf kütlələrin formalaşdırılması və optimallaşdırılması;
  • Performans analizi və engagement artıran strategiyaların tətbiqi.

TikTok Ads

  • TikTok üçün reklam strategiyalarının hazırlanması;
  • Trendlərə uyğun kontent yanaşmaları ilə hədəf auditoriyaya çıxış;
  • Kampaniya performansının təhlili və optimizasiya.

Yandex Metrica / Yandex Direct

  • İstifadəçi davranış modellərinin təhlili;
  • Yandex Direct reklam kampaniyalarının yaradılması və performans analizi.

 SEO Alətləri (SEMrush, Ahrefs və s.)

  • Açar söz analizi və SEO optimizasiya strategiyalarının tətbiqi;
  • Veb səhifələrin performansının və dəyişikliklərin izlənməsi.

Google Search Console.

  • Saytın indeksləşməsi və texniki SEO problemlərinin həlli;
  • Axtarış trafiki və açar söz performansının izlənməsi.


Üstünlüklər

  • Data-driven və performans yönümlü iş mühiti;
  • Müxtəlif platformalar üzrə real büdcələrlə işləmə imkanı;
  • Peşəkar inkişaf və öyrənmə imkanları.

 

Vakansiya haqqında

Son tarix

January 25, 2026

Paylaşılıb

dekabr 16, 2025

Vakansiya növü

Tam ştat

Əmək haqqı

1000 - 1300 AZN

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr