Gündəlik olaraq iş planının hazırlanması (qəbul/çıxış həcmləri, prioritet sifarişlər, risklər) hazırlanması və komandaya ötürülməsi;
Gündəlik olaraq ərazinin monitorinq edilməsi, riskli sahələr və vəziyyət aşkar etdikdə tədbirlərin görülməsi, o cümlədən işçilərin geyim qaydasına riayət etmələrinə nəzarət edilməsi;
Gündəlik olaraq işçilərin davamiyyətinə, eləcə də, iş vaxtında nahar/çay, istirahət vaxtlarının balanslı şəkildə bölüşdürülməsinə nəzarət edilməsi;
Gündəlik olaraq iş yükünə uyğun olaraq anbar binaları arasında resurs balansının təmin edilməsi (işçi qüvvəsi, texnika, vaxt bölgüsü);
Gündəlik olaraq plan-fakt icrasının izlənilməsi, gecikmə risklərinin vaxtında müəyyən edilib, tədbirlər görülməsi;
Qapılarda yükləmə-boşaltma ardıcıllığının düzgün idarə edilməsinə nəzarət, tıxacların qarşısının alınması üçün tədbirlərin görülməsi;
Maşınların qəbul/yükləmə prosesində növbəliliyi, gözləmə vaxtları və qapı intizamının nəzarətdə saxlanılması;
Anbarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;
Anbar daxilində bufer zonanın, keçidlərin boş saxlanılmasına nəzarət, eləcə də, müntəzəm olaraq məhsul qalıqlarının rahat sayıla bilməsi üçün səliqəli saxlancın təmin olunması;
Sənəd/sistem xətalarının (yanlış SKU, yanlış lokasiya, artıq/əskik çıxış və s.) səbəbinin araşdırılması, düzəliş edilməsi üçün/əməliyyat rəhbəri ilə koordinasiyanın qurulması;