Kontakt Home
Ana səhifə
/
/
/
Satış məsləhətçisi-kassir/Olivia (Bakı filialı)

Satış məsləhətçisi-kassir/Olivia (Bakı filialı)

01-12-2025

602

Bağlanılıb

Təsvir

Sürətlə böyüyən və yüksək xidmət standartları ilə seçilən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsi komandasını genişləndirir. Biz gülərüz, daim baxımlı, özünə güvənən və zərif ünsiyyəti ilə fərqlənən əməkdaşlar axtarırıq.

 

  • Gözəllik sahəsində özünü görürsənsə;
  • İnsanlarla ünsiyyət qurmağı bacarırsansa;
  • Faydalı məsləhətlər vermək və gözəllik sirrlərini aşılamağı arzulayırsansa;
  • Cavan, sürətlə böyüyən və çevik komandaya qoşulmaq istəyirsənsə, onda sən bizim axtardığımız beauty konsultantsan!


Biz sənə maraqlı iş və başqa nələr təklif edirik:


  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət;
  • İş yerləri: Supermarket daxili ( 20 yanvar, Radio zavod, Koroğlu, Gənclik mall və Babək pr-ti filialları);
  • Bazarda üstün sayılan və performansa əsaslanan gəlir imkanı;
  • Növbəli iş qrafiki; (Mağazaların fəaliyyət saatları 10:00- dan - 22:00);
  • Şirkət daxili ödənişsiz təlimlər;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı (sən mentor, müavin, müdir ola bilərsən)!

Tələblər

Biz səndən nə gözləyirik:


  • Satış etmə bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət qurma bacarığı;
  • Rus dili biliyi üstünlükdür!


“Olivia” Beauty & Care haqqında:


“Olivia” Beauty & Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan, orta seqmentə uyğun məhsulları təqdim edən mağazalar şəbəkəsidir. Burada nəyinki qadın, həm də kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar yer alıb. 


Sən də bizim komanda üzvü olmaq istəyirsənsə vakansiyaya müraciət edə bilərsən!

Vakansiya haqqında

Paylaşılıb

dekabr 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri