Kontakt Home
Ana səhifə
/
/
/
Sayım üzrə mütəxəssis

Sayım üzrə mütəxəssis

25-07-2024

8.4K

Bağlanılıb

Təsvir

Vəzifə öhdəlikləri:


  • İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
  • İş planına əsasən anbarlarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
  • Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
  • Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
  • Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
  • Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaradılmamasının təşkili;
  • Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
  • Hazırlanmış check list əsasında anbar ərazilərinin auditini həyata keçirmək;
  • Əlaqəli şöbələrlə məlumat və sənəd mübadiləsinin təşkili;
  • Yeni cəlb olunmuş əməkdaşların adaptasiya və təlim işinin təşkil edilməsi;
  • İş prosesinin sürətlənməsi və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində yeni təkliflərin hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.


İş şəraiti:


5 günlük iş günü.

Tələblər

Tələblər:


  • Ali təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
  • Audit sahəsi üzrə nəzəri və praktiki biliklər;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri arzuolunandır;
  • MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
  • Korporativ yazışma və işgüzar danışıqlar aparma bacarığı;
  • Riyazi, məntiqi biliklər;
  • Analitik düşünmə, təhliletmə qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı;
  • Ezamiyyəyə açıq olması;
  • Sərbəst qərar verə bilmə bacarığı.




Vakansiya haqqında

Son tarix

iyul 30, 2024

Paylaşılıb

iyul 25, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

750 - 800 AZN

Kateqoriya

Logistika və nəqliyyat