Kontakt Home
Ana səhifə
/
/
/
Süni İntellekt üzrə mühəndis

Süni İntellekt üzrə mühəndis

25-11-2025

35

Təsvir

  • AI məntiqinin və alqoritmlərin qurulması: Biznes proseslərinin avtomatlaşdırılması üçün Python proqramlaşdırma dilində mürəkkəb skriptlərin, AI agentlərinin və iş axınlarının (workflows) hazırlanması;
  • Proqnozlaşdırma modellərinin inkişafı: Biznes və satış dataları üzərində Klassik Maşın Öyrənməsi alqoritmlərini tətbiq edərək dəqiq proqnoz (Forecast) sistemlərinin yaradılması;
  • LLM və RAG sistemlərinin proqramlaşdırılması: Böyük Dil Modellərinin şirkət sənədləri ilə işləməsi üçün Vektor bazalarının (Vector DB) qurulması və semantik axtarış sistemlərinin kodlaşdırılması;
  • Məlumatların emalı: AI modellərinin dəqiq işləməsi üçün qarışıq verilənlərin (Excel, JSON, SQL, PDF) Python kitabxanaları vasitəsilə təmizlənməsi və strukturlaşdırılması;
  • Sistem inteqrasiyası: Hazırlanan AI modellərinin və proqnoz sistemlərinin şirkətin mövcud veb və ya mobil tətbiqlərinə qoşulması üçün API-lərin (FastAPI/Flask) yazılması dəstək;
  • Modellərin optimallaşdırılması: Açıq qaynaqlı modellərin lokal mühitdə test edilməsi, tənzimlənməsi (Fine-tuning) və real iş mühitinə (Production) keçirilməsi;
  • Qlobal bazardakı ən son süni intellekt modellərini, yeni çıxan açıq qaynaqlı alətləri və texnoloji trendləri davamlı izləyərək biznes üçün tətbiq imkanlarını müəyyənləşdirmək. Araşdırılan həlləri praktiki testlərdən keçirərək, şirkətin problemlərinə ən uyğun gələn effektiv texnologiyaları və arxitekturanı komandaya təklif etmək.

Tələblər

  • Ali təhsil arzuolunandır;
  • Data Science, Maşın öyrənilməsi, Süni intellekt  sahəsində 1+  il təcrübə;
  • Python: Mürəkkəb alqoritmlər, OOP prinsipləri və data emalı skriptləri yazmaq bacarığı;
  • Machine Learning bilikləri: Scikit-learn və ya bənzər kitabxanalarla Reqressiya (Proqnozlaşdırma) və Təsnifat modellərini qurmaq təcrübəsi;
  • Data manipulyasiyası: Pandas və NumPy kitabxanaları ilə böyük həcmli məlumatları analiz və emal etmək bacarığı;
  • AI Framework təcrübəsi: LangChain, LlamaIndex, PyTorch və ya TensorFlow kitabxanaları ilə real layihə təcrübəsi;
  • Texniki alətlər: SQL (sorğular yazmaq), Git (versiya nəzarəti) və API (RESTful services) ilə işləmə bacarığı;
  • Analitik düşüncə: Biznes problemini texniki alqoritmə çevirmək və müstəqil həll etmək bacarığı;
  • İngilis dili: Texniki sənədləri (Documentation) və sahə üzrə elmi məqalələri oxuyub tətbiq edə biləcək səviyyədə.

Vakansiya haqqında

Son tarix

January 4, 2026

Paylaşılıb

noyabr 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə