Kontakt Home
Ana səhifə
/
/
/
Süni intellekt və avtomatlaşdırma üzrə mühəndis

Süni intellekt və avtomatlaşdırma üzrə mühəndis

Bu gün

4K

Təsvir

  • Mövcud açıq mənbəli modellər və LLM -lərin biznes ehtiyaclarına və ssenarilərə (Chatbot, virtual assistentlər, RAG, sənəd analizi və s.) uyğun qiymətləndirilməsi və seçilməsi;
  • Açıq mənbəli modellərin xüsusi domen verilənlərinə və korporativ bilik bazalarına uyğunlaşdırılması üçün SFT, LoRA və QLoRA metodları ilə fine-tune edilməsi;
  • vLLM və ya Ollama kimi müasir inference serverləri vasitəsilə modellərin minimal gecikmə (low latency) ilə lokal və bulud mühitlərində tətbiq edilməsi (deployment);
  • Advanced RAG, hibrid axtarış, reranking alqoritmləri və vektor verilənlər bazaları (Qdrant, Pinecone və s.) əsasında semantik axtarış sistemlərinin qurulması;
  • PyTorch, Hugging Face və PEFT ekosistemləri vasitəsilə Python dilində effektiv model və data pipeline-larının hazırlanması;
  • Transformer arxitekturası, attention mexanizmləri və tokenization prinsiplərini anlamaq, bu biliklər əsasında cavab dəqiqliyinin yüksəldilməsi və hallusinasiyaların azaldılması;
  • Model cavablarının avtomatlaşdırılmış qiymətləndirilməsi (LLM evaluation), prompt engineering və structured outputs (JSON/Grammar-guided generation) sistemlərinin tətbiq edilməsi.

Tələblər

  • Ali təhsil (Kompüter Elmləri, Data Science, Süni İntellekt və ya əlaqəli sahə üzrə);
  • Süni intellekt, ML/DL sahəsində ən azı 2 il praktiki iş təcrübəsi;
  • Python, PyTorch, LLM ekosistemi (Hugging Face) və əsas data strukturları ilə mükəmməl işləmə bacarığı;
  • Süni intellekt tətbiqləri və agent sistemlərinin inteqrasiyasında LangChain, LlamaIndex və ya LangGraph alətləri ilə sərbəst işləmə bacarığı;
  • FastAPI / Flask ilə REST API inteqrasiyaları və mikroservis arxitekturası üzrə təcrübəsi;
  • Maşın öyrənməsi və Transformer modellərinin iş prinsiplərini anlamaq üçün zəruri riyazi baza (Xətti cəbr, Ehtimal nəzəriyyəsi və Statistika);
  • Linux mühiti, Git və Docker konteynerləşdirmə texnologiyaları ilə sərbəst iş təcrübəsi;
  • İngilis dili- texniki sənədlərlə sərbəst işləmək səviyyəsində;
  • Analitik düşüncə, mürəkkəb problemləri həll etmə və komandada işləmə qabiliyyəti.

Üstünlükdür:

  • Multimodal modellər (mətn, səs, təsvir) üzrə təcrübə və ya audio/video emalı bacarıqları;
  • Streaming response (WebSocket / SSE) və real-vaxt emalı gecikmələrinin (latency) optimallaşdırılması təcrübəsi;
  • LLM observability və monitoring alətləri ilə iş təcrübəsi;
  • AWS və ya Microsoft Azure platformalarında AI infrastrukturlarının və GPU klasterlərinin sazlanması təcrübəsi.

Vakansiya haqqında

Son tarix

October 8, 2026

Paylaşılıb

sentyabr 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik