Kontakt Home
Ana səhifə
/
/
/
Təlim və inkişaf üzrə menecer

Təlim və inkişaf üzrə menecer

  • Kontakt Home
  • Süleyman Sani Axundov, Bakı, Azərbaycan
  • Tam ştat

Dünən

346

Təsvir

·       Müştərilərlə zəng və çat vasitəsi ilə effektiv və sağlam ünsiyyət üsullarının həyata keçirilməsinə dair əməkdaşlar üçün təlim proqramlarının hazırlanması;

·       Müştəriyə yüksək xidmət standartlarının təmin edilməsi məqsədilə məsafədən satış və xidmət göstərən heyətin təlimləndirilməsi;

·       Ehtiyaclara əsasən fərdi inkişaf planlarının formalaşdırılması və ilboyu planların icrasının təmin edilməsi;

·       Məsafədən xidmət xüsusiyyətləri, müştəri ilə ünsiyyət strategiyaları və etirazların idarə edilməsi haqqında təlimlərin keçirilməsi;

·       Aktiv dinləmə bacarıqlarının öyrədilməsi və fərdi şəkildə əməkdaşlara mentorluq edilməsi;

·       İntensiv təlim sessiyaları və parktiki simulyasiya vasitəsi ilə əməkdaşların bacarıqlarının artırılması;

·       Təlim üçün tədris materiallarının və təqdimatların hazırlanması;

·       Beynalxalq təlim materiallarının araşdırılması və tətbiq edilməsi;

·       Təlim sonrası əməkdaşların performansının izlənilməsi və onların inkişafına dair rəy verilməsi;

·       Təlim nəticələri, müəyyən edilmiş problemlər və tövsiyələr haqqında hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması. 

Tələblər

·       Ali təhsil;

·       Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

·       Səlis azərbaycan və rus dili biliyi, ingilis dili biliyi arzuolunandır;

·       ERP, 1C və 3CX proqramları ilə işləmə bacarığı arzuolunandır;

·       Müştəri məmnuniyyəti sahəsində sertifikatların olması üstünlükdür;

·       Sərbəst ünsiyyət, aydın nitq və yüksək səviyyədə təlim vermə bacarığı;

·       Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı;

·       Komanda ilə işləmə bacarığı.

 

İş şəraiti:

·       İş günləri: I-V günlər.

·       İş saatı: 09:00-18:00.

·       Rəqabət qabiliyyətli əmək haqqı

Vakansiya haqqında

Son tarix

dekabr 3, 2024

Paylaşılıb

oktyabr 24, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri