Təmir-tikinti prosesinin gedişatının izlənməsi, keyfiyyət standartlarına uyğunluğun təmin olunmadığını və ya potensial keyfiyyət problemlərini müəyyən edərək birbaşa rəhbərliyə məlumat verilməsi;
Sahədə işlərin keyfiyyətinin pisləşmə səbəblərinin analiz edilməsi, araşdırma və problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
Layihə tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə sahədə istifadə olunan bütün materialların keyfiyyətinin yoxlanılması;
Materialların texniki sənədlərdə təsdiq edilmiş tələblərə və təchizatçılarla imzalanan müqavilə şərtlərinə uyğunluğunun qiymətləndirilməsi;
ISO 9001 standartlarına uyğun olaraq sənədləşmə proseslərinin tam və düzgün şəkildə həyata keçirilməsinin təmin edilməsi;
Audit nəticələri barədə birbaşa rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Keyfiyyət göstəricilərinə əsasən subpodratçıların qiymətləndirilməsi və seçilməsi prosesində SƏTƏM və Layihə üzrə digər müvafiq əməkdaşlarla sıx əməkdaşlıq etməsi;
Departament daxilində aparılan müxtəlif yoxlamalarda fəal iştirak etməsi;
Təhlükəsizlik və keyfiyyət idarəetməsi üzrə aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etməsi.
Tələblər
Mühəndislik ixtisası üzrə ali təhsil;
İnşaat sahəsində minimum 1 il iş təcrübəsi;
Keyfiyyətə nəzarət prosedurları və standartları haqqında biliklər;
ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə (arzuolunandır);
Komanda ilə effektiv işləmə bacarığı;
Güclü analitik düşünmə və problemləri həll etmə bacarığı.