Koordinator tərəfindən təqdim olunan təmir aktı əsasında cihazı diaqnostika etmək
Diaqnostika nəticəsində aşkar olunan qüsurun aradan qaldırılması məqsədi ilə görüləcək işlərlə bağlı koordinatora məlumatların ötürülməsi
Təmir üçün lazım olan ehtiyat hissələrinin təyin olunması və anbardardan tələb olunması
Cihazın təmirinin həyata keçirilməsi
Təmir aktının düzgün və səliqəli şəkildə doldurulması (ehtiyat hissə adı, kodu, təmirin növü, aşkar olunan qüsur və görülən işlər barədə ətraflı məlumatın qeyd olunması)
İş əsnasında lazım olan sərfiyyat materialları, təmir alətləri, e/hissələri barədə vaxtı-vaxtında birbaşa rəhbərinə məlumat verməli
Müştəri ünvanında olarkən danışıq, nizam-intizam, etik davranış qaydalarına ciddi riayət etmək
Üst geyimi və xarici görünüşünün səliqəli olmasına nəzarət etmək
Öz üzərində çalışıb texniki bilik və bacarıqları inkişaf etdirmək
Birbaşa rəhbərin və servis rəhbərliyinin işlə bağlı tapşırıqlarını icra etmək