Mehmanxananın bütün gündəlik nağd ödəniş çeklərinin qəbulu.
Mehmanxananın Gündəlik Kassa (Nağd hesablaşmalar) Hesabatının hazırlanması.
Mehmanxana ehtiyacları üçün kiçik məbləğli ödənişlərin düzgün yerinə yetirilməsinə nəzarəti təşkil etmək və təsdiqedici sənədlərlə birlikdə hesabatını hazırlayıb təqdim etmək.
Şöbələrin Gündəlik Kassa və Nağd hesablaşmalarının fiziki auditini təşkil etmək.
Opera və Micros sistemləri arasında bütün nəğd ödənişlərinin düzgün qeydiyyatını və nəzarətini təşkil etmək, fərqlərin olduğu aşkarlanarsa, vaxtında düzəlişlərin edilməsini təmin etmək.
Tələblər
Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil.
1-2 il iş təcrübəsinə malik olmaq.
Micros, Opera və MC proqramlarını yaxşı səviyyədə bilmək.
Analitik düşüncəyə malik olmaq.
Azərbaycan və İngilis dillərinin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq.