C

Ofisiant

27-05-2025

408

Təsvir

·        Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.

·        Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.

·        Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.

·        İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və Qonaqların yemək və içki sifarişlərini qəbul etmək.

·        İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.

·        İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.

·        Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.

·        Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.

·        Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.

·        Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.

·        Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.

·        İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.

·        Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.

Tələblər

·        Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;

·        Müxtəlif iş qrafiklərində işləmək bacarığı;

·        Azərbaycan, İngilis və Rus dillərin şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;

·        Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Vakansiya haqqında

Son tarix

July 6, 2025

Paylaşılıb

may 27, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

İaşə, Turizm və Otel