Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, otelin xərclərinin minimuma endirilməsini təmin etmək.
Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək və danışıqları inadkarlıqla davam etdirmək.
Malların otelə çatdırılması və otel çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək, habelə onların icrasını təmin etmək.
Şöbə çərçivəsində tədarük, qəbul, maddi-texniki ehtiyatların idarə edilməsi, buraxılması və təcili buraxılması kimi proseslər ilə bağlı daxili nəzarət siyasətləri və prosedurlarını müəyyən etmək, habelə onların icrasını təmin etmək.
Tullantılar və məhsulların korlanmasını minimuma endirmək üçün inventarların saxlanılması və buraxılmasını təmin etmək.
Əməliyyat ehtiyaclarını müvafiq qaydada təmin etmək və inventarların dövriyyəsini, eləcə də ərazinin qənaətcil istifadəsini yüksəltməklə, inventar ehtiyatlarının mümkün qədər minimal olmasını təmin etmək.
Mühasibatlıq şöbəsi ilə hər bir müəyyən edilmiş anbar ərazisi üçün inventar balanslarında məqbul dəyişiklikləri (kənaraçıxmaları) müəyyən etmək.