Abşeron Logistika Mərkəzi
Ana səhifə
/
/
/
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri

Bu gün

25

Təsvir

Ümumi vəzifə öhdəlikləri:

·        Sosial media kanalları üçün aylıq post planının hazırlanması və icrasına nəzarət;

·        Sosial media, vebsayt, e-mail və digər rəqəmsal kanallar üçün məzmunun hazırlanması, redaktəsinin təmini;

·        Xarici və daxili kommunikasiya materialları üçün (broşur, kataloq, təqdimat və s.) məzmunun hazırlanması, təmininə nəzarət;

·        Layihələr üzrə partnyorlarla (media agentlikləri və s.) əməkdaşlıq;

·        İctimaiyyətlə əlaqələr (PR) strategiyasının hazırlanması və icrası;

·        Press-relizlərin, müsahibə mətnlərinin hazırlanması;

·        Təşkil olunan tədbirlər üçün (təqdimatlar, forumlar, sərgilər və s.) yaradıcı konseptin hazırlanması, mərhələli fəaliyyət planının qurulması və bütün təşkilati proseslərin peşəkar şəkildə icrası;

·        Keçirilən tədbirlərlə bağlı departamentlərin aiddiyyatı şəxsləri ilə kommunikasiyanın aparılması və proseslərə nəzarət edilməsi;

·        Rəqiblərin araşdırılması və bazar təhlili əsasında marketinq strategiyasının təkmilləşdirilməsi;

·        Marketinq layihələrinin uğurlu icrası üçün daxili komanda arasında effektiv kommunikasiya və koordinasiyanın təmin olunması;

·        Komanda üzvləri arasında tapşırıqların bölüşdürülməsi, prioritetlərin müəyyənləşdirilməsi və proseslərin nəzarətdə saxlanması;

·        KSM tədbirlərin keçirilməsi, Mərkəzin Cəmiyyətə olan qayğısının təbliğ edilməsi.

·        Müştəri sorğularının keçirilməsi,

·        Çağrı mərkəzi fəaliyyətinin təşkili və təmini,

·        Şöbənin işçi heyətinin idarə edilməsi;

·        Marketinq üzrə illik planın hazırlanması.

Tələblər

Namizədə qarşı tələblər:


  • Ali təhsil (Jurnalistika, PR, Marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahədə minimum 5 il, o cümlədən idarəetmə sahəsində 3 ilədək iş təcrübəsi;
  • Yüksək səviyyədə yaradıcı yazı bacarığı və mətn redaktəsi təcrübəsi;
  • Azərbaycan, Rus  və İngilis dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office, Canva, Meta Business Suite, və digər rəqəmsal alətlər üzrə biliklər;



Peşəkar tələblər:


  • Reklam və kommunikasiya sahəsində qanunvericilik tələblərini bilməsi;
  • İdarəetmə bacarıqları;
  • Güclü təşkilatçılıq;
  • Proses idarəçiliyi bacarığı:
  • Yaradıcılıq, kreativlik;
  • Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması. 


Vakansiya haqqında

Son tarix

June 24, 2026

Paylaşılıb

may 25, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat