“Abşeron Logistika” MMC-nin Özbəkistan ofisində “Logistika üzrə menecer” vəzifəsinə vakansiya elan edilir.
Logistik xidmətlər (terminal, avto və dəmiryol daşıması, anbar xidməti, gömrük rəsmiləşdirməsi) üzrə nəqliyyatçı bazasını formalaşdırmaq və onlardan xidmət alışını təmin etmək.
Müştərilərlə işin təşkili, onların tələblərinə uyğun xidmətlərin təmin edilməsi və qiymətin formalaşdırılması.
Müştəri sifarişi üzrə daşımaların həyata keçirilməsi və gedişatın izlənməsi.
Logistik xidmətlər üzrə əməliyyatların uçotunun aparılması.
Fəaliyyət ilə bağlı hesabatların hazırlanması və mərkəzi ofisə təqdim edilməsi.
Tələblər
Ali təhsil;
Logistika sahəsində minimum 5 - 7 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili, Rus dilini səlis bilməli.
Peşəkarlıq tələbləri:
Dəqiqlik;
Təqdimat bacarığı;
Satış bacarığı;
Analitik və strateji düşünmə qabiliyyəti,
Ünsiyyətcil, işgüzar, səlis və aydın danışıq qabiliyyətinin olması;
Prosesləri, situasiyanı və heyəti idarə etmək bacarıqları.