Abşeron Logistika Mərkəzi
Ana səhifə
/
/
/
Marketinq və İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis

Marketinq və İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis

11-09-2025

322

Təsvir

·       Sosial media kanalları üçün aylıq post planının hazırlanması və icrasına nəzarət;

·       Sosial media, vebsayt, e-mail və digər rəqəmsal kanallar üçün məzmunun hazırlanması, redaktəsi;

·       Xarici və daxili kommunikasiya materialları üçün (broşur, kataloq, təqdimat və s.) məzmunun hazırlanması;

·       Layihələr üzrə partnyorlarla (media agentlikləri və s.) əməkdaşlıq;

·       İctimaiyyətlə əlaqələr (PR) strategiyasının hazırlanması və icrası;

·       Press-relizlərin, müsahibə mətnlərinin hazırlanması;

·       Təşkil olunan tədbirlər üçün (təqdimatlar, forumlar, sərgilər və s.) yaradıcı konseptin hazırlanması, mərhələli fəaliyyət planının qurulması və bütün təşkilati proseslərin peşəkar şəkildə icrası;

·       Keçirilən tədbirlərlə bağlı departamentlərin aiddiyyatı şəxsləri ilə kommunikasiyanın aparılması və proseslərə nəzarət edilməsi;

·       Rəqiblərin araşdırılması və bazar təhlili əsasında marketinq strategiyasının təkmilləşdirilməsi;

·       Marketinq layihələrinin uğurlu icrası üçün daxili komanda arasında effektiv kommunikasiya və koordinasiyanın təmin olunması;

·       Komanda üzvləri arasında tapşırıqların bölüşdürülməsi, prioritetlərin müəyyənləşdirilməsi və proseslərin nəzarətdə saxlanması;

·       Marketinq üzrə illik planın hazırlanmasında iştirak.

Tələblər

  • Ali təhsil (Jurnalistika, PR, Marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahədə minimum 3 ilədək iş təcrübəsi;
  • Yüksək səviyyədə yaradıcı yazı bacarığı və mətn redaktəsi təcrübəsi;
  • Azərbaycan və İngilis dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi üstünlükdür);
  • MS Office, Canva, Meta Business Suite, və digər rəqəmsal alətlər üzrə biliklər;
  • Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
  • Komanda ilə işləmək bacarığı və nəticə yönümlülük.


Vakansiya haqqında

Son tarix

October 10, 2025

Paylaşılıb

sentyabr 11, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

career-levels.undefined

Kateqoriya here

Logistika və nəqliyyat