Abşeron Logistika Mərkəzi

Qrafik dizayner

Bu gün

10

Təsvir

Ümumi vəzifə öhdəlikləri:

  • Mərkəzin sosial media hesabları üçün missiya və dəyərlərinə uyğun kreativ və peşəkar dizaynların hazırlanması;

·        Məhsul təqdimatları, reklam kampaniyaları və marketinq layihələri üzrə müxtəlif dizayn materiallarının hazırlanması;

  • Poster, banner, kataloq, buklet və digər çap və rəqəmsal materialların hazırlanması və dizayn edilməsi;
  • Reklam və mətbəə məhsularının dizaynı və çapa göndərilməsi;
  • Mövcud dizaynların optimallaşdırılması, təkmilləşdirilməsi və zəruri dəyişikliklərin operativ şəkildə tətbiq edilməsi;

·        Müasir dizayn trendlərinin davamlı olaraq izlənilməsi və aktual trendlərin iş prosesində effektiv şəkildə tətbiq edilməsi.

Tələblər

Namizədə qarşı tələblər:


  • Müvafiq sahə üzrə ali təhsil üstünlükdür;
  • Şəxsi portfolionun olmağı mütləqdir;
  • Dil bilikləri:Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı, əlavə dil biliyi üstünlükdür;
  • Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
  • “Adobe Photoshop, Illustrator, Corel Draw proqramları üzrə biliklər; digər dizayn proqram bilikləri üstünlükdür;
  • Sosial media platformaları üzrə peşəkar dizayn hazırlamaq bacarığı;
  • Komandada işləmək və digər şöbələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Kreativ düşüncə və müasir dizayn trendlərini izləmək;

Peşəkar tələblər:

• Detallara diqqətli və məsuliyyətli olmaq;

•Yaradıcılıq, kreativlik və operativlik;

• Dəqiqlik və məsuliyyətlilik;

• Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşa bilmək.

Vakansiya haqqında

Son tarix

October 1, 2026

Paylaşılıb

sentyabr 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dizayn, incəsənət, yaradıcılıq