Abşeron Logistika Mərkəzi
Ana səhifə
/
/
/
Yanğın təhlükəsizliyi üzrə rəhbər

Yanğın təhlükəsizliyi üzrə rəhbər

Bu gün

13

Təsvir

Ümumi vəzifə öhdəlikləri:

  • Müəssisənin bütün sahələri üzrə yanğın risklərinin qiymətləndirilməsi, mövcud uyğunsuzluqların müəyyənləşdirilməsi və önləyici tədbirlərin icrasını təmin etmək;İstehsalat, İnzibati və texniki sahələri əhatə edən yanğın təhlükəsizliyi siyasətinin hazırlanması və tətbiqini təmin etmək;
  • Yanğın risklərini müəyyən etmək, siqnalizasiya, sprinkler və söndürmə sistemlərinin fasiləsiz işləməsinə nəzarət etmək;
  • Yanğınsöndürmə avadanlıqları və müvafiq təhlükəsizlik vasitələrindən düzgün və effektiv istifadə bacarığı;
  • Yüksək intizam və məsuliyyət nümayiş etdirmək, fövqəladə vəziyyətlərdə çevik və operativ qərarvermə qabiliyyətinə malik olmaq;
  • Yanğın və digər fövqəladə hallar zamanı operativ ilkin müdaxilənin təşkili, yanğının lokallaşdırılması və yayılmasının qarşısının alınması, insanların təhlükəsiz şəkildə təxliyəsinin təmin edilməsi, zərurət yarandıqda xilasedici tədbirlərin həyata keçirilməsi;
  • Təxliyə planlarının hazırlanması və yenilənməsi;
  • Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı işləmək;
  • Fövqəladə hadisələr zamanı operativ qərarvermə və hadisənin idarə olunmasını koordinasiya etmək;
  • Yanğın təhlükəsizliyi üzrə aparılan yoxlamalar, aşkarlanmış risklər, görülmüş tədbirlər və fövqəladə hallar üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
  • Yanğın təhlükəsizliyi barədə heyətin təlimatlandırılmasını təşkil və təmin etmək.
  • Fəaliyyəti və görülmüş tədbirlər, risklər barədə birbaşa rəhbərinə hesabat vermək.



Tələblər

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Yanğın təhlükəsizliyi, Texniki təhlükəsizlik, Mülki müdafiə və s)
  • Müvafiq sahədə minimum 10 ilədək iş təcrübəsi, o cümlədən Yanğınsöndürmə sahəsində və ya peşəkar yanğınsöndürmə komandasında minimum 7 il iş təcrübəsi.
  • Azərbaycan dilini sərbəst bilmək, rus dilini bilmək üstünlükdür;
  • Kompyuter bilikləri: MS Office proqramları ilə sərbəst işləmə bacarığı.


Peşəkarlıq tələbləri:

  • Azərbaycan Respublikasının yanğın təhlükəsizliyi qaydaları və normativ sənədləri üzrə biliklər;
  • Yanğın təhlükəsizliyi qaydaları üzrə beynəlxalq standartlar üzrə biliklər; 
  • Fövqəladə hallara hazırlıq məqsədi ilə təlim və təxliyyə məşqlərinin təşkil edilməsi bacarıqları;
  • Müvafiq yanğnsöndürmə, fövqəladə hallar, xilasetmə və ilkin tibbi yardım üzrə sertifikatların olması,
  • Sənayee müəssisələri, zavodlar, istehsalat sahələıri, anbar kompleksləri, enerji obyektləri və digər riskli obyektlərlə iş bacarıqlarının olması üstünlükdür;
  • Təhlükəsizlik sistemləri və risk idarəetməsi üzrə biliklər;
  • Yanğın təhlükəsizliyi sistemləri və avadanlıqları üzrə texniki biliklər;
  • Liderlik və komanda idarəetmə bacarıqları;
  • Fövqəladə halların idarə olunması və təhlükəsizlik standartları üzrə məlumatlılıq;
  • Yüksək məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı.


Vakansiya haqqında

Son tarix

June 18, 2026

Paylaşılıb

may 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat