Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” Anderrayting departamentində Ətraf Mühit və Sosial İdarəetmə komandasında 3 aylıq ödənişli təcrübə proqramı elan edir!
Təcrübə zamanı nə edəcəksiniz:
- Ekoloji və sosial tələblərlə bağlı beynəlxalq, yerli və daxili siyasət və prosedurları nəzərdən keçirmək, bu biliyi gündəlik işində tətbiq etmək.
- Bankın müştərilərinin biznes fəaliyyətinin ekoloji və sosial məsələlərlə bağlı müvafiq yerli və daxili qaydalara uyğunluğuna nəzarət etmək.
- Bank daxilində Ekoloji və Sosial İdarəetmə Sisteminin və Müştəri Mühafizəsi Prinsiplərinin icrasına nəzarət etmək və qiymətləndirmək.
- Həm daxili menecment, həm də xarici tərəfdaşlar üçün Ekoloji, Sosial və İqtisadi göstəricilər, Müştəri Hüquqlarının Müdafiəsi, Bankın portfeli və digər müvafiq göstəricilər üzrə hesabatları tərtib etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilmək.