AccessBank
Ana səhifə
/
/
/
Anderraytinq üzrə Kiçik Mütəxəssis

Anderraytinq üzrə Kiçik Mütəxəssis

  • AccessBank
  • 3 Tbilisi prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

193

Təsvir

  •  Anderraytinq Departamentinə təqdim olunmuş kredit müraciətlərini təhlil edib, kredit memorandumu tərtib etmək, o cümlədən:

a. Müştərinin biznesinə səfər edərək məlumat toplamaq və biznes fəaliyyətini təhlil etmək.

b. Kredit memorandumu və əlavə edilmiş maliyyə hesabatlarında məlumatların düzgünlüyünü, tamlığını və etibarlılığını yoxlamaq.

c. Müştərinin kredit öhdəliklərini yerinə yetirmə qabiliyyətinə təsir göstərən əsas riskləri (maliyyə, bazar, idarəetmə, əməliyyat və s.) müəyyənləşdirmək.

d. Kredit işi üzrə təqdim edilmiş məlumatların və şərtlərin Bankın Kredit Siyasəti və daxili qaydalarına uyğunluğunu təmin etmək.

  • Zərurət olduqda müştərinin fəaliyyətinə nəzarət baxışı və kreditin monitorinqini həyata keçirmək.
  • Bankın təşkil etdiyi tədris və peşəkar inkişaf tədbirlərində aktiv iştirak etmək.
  • Bankın digər departamentləri ilə səmərəli əməkdaşlıq və ünsiyyəti təmin etmək.
  • Kredit Risklərinin İdarəedilməsi Siyasəti ilə müəyyən olunmuş və ya rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

Tələblər

  • Maliyyə, Mühasibatlıq və digər oxşar sahələrdə ali təhsil. Maliyyə, Risk sahəsində peşəkar sertifikat (ACCA, CFA, FRM, və s.) üstünlük hesab edilir.
  • Güclü analitik, təşkilati və yazı bacarıqları, yüksək məsuliyyət hissi.
  • Yaxşı ünsiyyət və əməkdaşlıq bacarıqları.
  • Eyni vaxtda bir neçə tapşırığı idarə etmək və sıx vaxt qrafikində işləmək qabiliyyəti.
  • Müştərilərə və Bankın filiallarına səfər etmək imkanı.
  • Azərbaycan dilini səlis bilmək; ingilis və/və ya rus dili bilikləri üstünlükdür.
  • Sərbəst şəkildə MS Office proqramları ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

September 20, 2025

Paylaşılıb

сентябрь 9, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə