AccessBank

Elektrik

  • AccessBank
  • Tbilisi prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

72

Təsvir

  • Elektrik təchizatı ilə əlaqədar cari işlərin icrası. Bu işlərə texniki sənədlərin tərtib olunması və icrası, bankın obyektlərində elektrik xəttlərinin və elektrik avadanlıqlarının quraşdırılması, elektrik cihazlarının və qurğularının şəbəkəyə qoşulması kimi işlər, eləcə də verilmiş tapşırıqların tabeçilikdə olan əməkdaşlar tərəfindən yerinə yetirilməsinə nəzarət olunması aiddir;
  • Bankın (mərkəzi ofisin və filialların) elektrik təchizatı üzərində nəzarətin həyata keçirilməsi. Problemlər yarandığı təqdirdə həmin problemlərin səbəbləri və mümkün nəticələri haqqında bilavasitə rəhbərliyə məlumat verilməsi, eləcə də həmin problemləri aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsi;  
  • Bankın, Azərbaycanın müxtəlif şəhərlərində və regionlarında yerləşən yeni filiallarında və binalarında elektrik xəttlərinin çəkilməsi və təmir edilməsi;
  • İş prosesinin effektivliyini yüksəltmək məqsədi ilə zəruri məsləhətləşmələrin aparılması;
  • Bankdakı elektrik cihazlarından və qurğularından istifadə qaydaları və minimal təhlükəsizlik tələbləri ilə tanışlıq məqsədi ilə bankın işçi heyəti üçün zəruri təlimatların keçirilməsi, həmin tələblərin işçi heyəti tərəfindən yerinə yetirilməsinə, sənədlərin mövcud prosedurlara müvafiq surətdə tərtib edilməsinə nəzarət olunması, rəhbərliyin tələblərinin və yeni sənədlərin müvafiq strukturlara çatdırılması;
  • Elektrik işləri üzrə menecerin və administrasiya və təhlükəsizlik departamenti rəhbərinin verdiyi bütün tapşırıqların yerinə yetirilməsi;

Tələblər

  • Vakansiya üzrə minimum 3 il iş təcrübəsi;
  • Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa və departament direktorları tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
  • Şirkətə aid bilgilərin məxfiliyinin qorunması;
  •  Parolların gizli saxlanılması;
  • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması;
  • Sürücülük vəsiqəsi.

Vakansiya haqqında

Son tarix

May 17, 2025

Paylaşılıb

aprel 7, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə