AccessBank
Ana səhifə
/
/
/
Əsas vəsaitlər üzrə aparıcı mütəxəssis

Əsas vəsaitlər üzrə aparıcı mütəxəssis

  • AccessBank
  • Tbilisi prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Dünən

240

Təsvir

  • Access Bank SD sistemində Əsas Vəsaitlərlə bağlı daxil olan sorğulara baxılması və Əsas Vəsaitlərin balansa qəbul edilməsi (gündəlik);
  • Əsas Vəsaitlərin Navision sisteminə daxil edilməsi və uçota alınmasına nəzarət (gündəlik);
  • Əsas vəsaitlər üzrə Amortizasiyasının hesablanması üzrə Navision və T24 sistemində müvafiq əməliyyatların aparılması (aylıq);
  • Əsas vəsaitlərin silinməsi və satışı üzrə Navision və T24 sistemində müvafiq əməliyyatların aparılması;
  • Silinmiş və satılmış əsas vəsaitlər aylıq hesabatın hazırlanması və təqdim edilməsi (aylıq);
  • Müştəri girovlarının balansa qəbul edilməsi, müvafiq Excel hesabatın hazırlanması, girovların satışı və balansdan silinməsi üzrə T24 sistemində müvafiq əməliyyatların aparılması (gündəlik);
  • Girovlarla bağlı Mühasibatlıq və FR&R Departamentlərinin hesabatlarının üzləşdirilməsi və Maliyyə Departamentinə təqdim edilməsi (aylıq);
  • Girovlarla bağlı ehtiyatın hesablanması üçün hesabatın hazırlanıb Risk Departamentinə təqdim edilməsi (aylıq);
  • Girovlar üzrə hesablanmış ehtiyat rəqəmləri əsasında T24 sistemində müvafiq əməliyyatların aparılması (aylıq);
  • Girovların hərəkəti və satılmış / silinmiş girovlar üzrə müştərilərin əsas və faiz borcları üzrə məlumatları əks etdirilən hesabatın heazırlanıb Vergi Menecerinə təqdim edilməsi (aylıq);
  • T24 sistemində tranzit və işgüzar hesablara nəzarət;
  • Əsas vəsaitlərin invertarizasiyası; 
  • İşçilərə aylıq maaş veriləndən sonra tranzit hesablarına nəzarət aparmaq və T24 sistemə əks etdirmək;
  • Tranzit hesablara nəzarət, Hesabda olan hərəkətlərin izlənməsi və əməliyyat verilməsi;
  • Əsas vəsaitlərin vergi bazasını aparılması (Novision üzərində);
  • Kreditor borcların Novision sisteminə daxil edilməsi;
  • Kreditorlarla üzləşmə/ Üzləşmə aktların təsdiqi.

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahə üzrə);
  • Əsas vəsaitlərin idarə olunması və uçotu sahəsində 3 il iş təcrübəsi;
  • Mühasibatlıq sahəsində əlavə beynəlxalq sertifikatlar (ACCA) üstünlükdür;
  • Səlis Azərbaycan dili və Rus dili biliyi;
  • Analitik düşüncə və prolemləri həll etmək bacarığı;
  • Komandada işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

July 22, 2025

Paylaşılıb

iyun 12, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə