17-01-2025
2.5K
Bilirdinizmi, AccessBank BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulmuş ilk Azərbaycan bankıdır?! Mikromaliyyələşdirmə lideri olaraq müxtəlif sosial layihələrdə qadınlara aktiv dəstək göstəririk. Biz inanırıq ki, qadınların biznesin bütün səviyyələrində təmsil olunması ölkənin gələcək inkişafı üçün vacibdir
Bunu nəzərə alaraq, məmnuniyyətlə “Future BankHers” iki aylıq təcrübə proqramının yenidən təşkil edildiyini elan edirik. Komandada işləmək bacarığı olan, məsuliyyətli və öyrənməyə həvəsli olan universitet məzunları və ya yuxarı kurs tələbələri bu fürsətdən yararlana bilər
🔹 Sizi nə gözləyir:
🔹Bank sektorunda təcrübə qazanmaq imkanı
🔹Peşəkar mütəxəssislərlə əməkdaşlıq
🔹Praktik bilik və bacarıqların artırılması
🔹Gələcək karyeranız üçün dəyərli şəbəkə
Təcrübə üçün nəzərdə tutulan sahələr:
· Mikro və aqro müştərilərlə iş;
· Pərakəndə bankçılıq;
· Xəzinədarlıq və beynəlxalq əlaqələr;
· Daxili audit;
· Hüquq və komplayens;
· Ödənişlər;
· İnsan resursları;
· Marketinq;
Gələcəyin BankHers lideri sən ola bilərsən! 🌟
Müraciət üçün son tarix: 26.01.2025
Son tarix
yanvar 25, 2025
Paylaşılıb
yanvar 17, 2025
Vakansiya növü
Təcrübə
Pasha Malls ● Bakı, Azərbaycan
Dünən
916
ATB Bank ● Bakı, Azərbaycan
Dünən
418
Yelo Bank ASC ● Bakı, Azərbaycan
18-01-2025
203
Agro Food İnvestments ● Bakı, Azərbaycan
17-01-2025
159