Komplayens risklərinin müəyyən edilməsi və ölçülməsi ilə bağlı Bankın daxili qaydalarına uyğun olaraq Bankın müxtəlif sahələrdəki fəaliyyətinin yoxlanması;
Qanunvericilikdəki yenilikləri daim nəzarətdə saxlamaq və yeniliklərlə bağlı daxili elanların hazırlanması;
Komplayens riskləri ilə əlaqədar Bank daxili kommunikasiyanın aparılması;
Komplayens funksiyası tərəfindən həyata keçirilmiş yoxlamalarla və qanunvericilikdəki yeniliklərlə bağlı hesabatların hazırlanması;
Komplayenslə əlaqədar dövlət orqanlarından daxil olan sənədlərin koordinasiyası, icrasına nəzarət edilməsi və hesabatlılığının təmin edilməsi;
Komplayens riskləri ilə bağlı təlimlərdə təlimçi qismində çıxış etmək;
Qanunvericilikdəki dəyişikliklər və komplayens riskləri ilə bağlı Bankın digər struktur bölmələrindən daxil olan sorğuların araşdırılması və cavablandırılması;
Bankın daxili normativ sənədlərinə dair hüquqi rəylərin verilməsi, Şöbənin daxili normativ sənədlərinin layihələrinin hazırlanması;
İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq;
Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
Ali Hüquq təhsili;
Müvafiq sahədə ən azı 1 illik iş təcrubəsi;
Mülki, bank və əmək qanunvericiliyini bilmək;
Azərbaycan dilini mükəmməl, ingilis dili yüksək səviyyədə bilmək;3
Regionlara səfər etmək imkanına malik olmaq;
Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;