AccessBank
Ana səhifə
/
/
/
İnformasiya Sistemlərinin İdarə Edilməsi və Dəstək Şöbəsində Kiçik Mütəxəssisi

İnformasiya Sistemlərinin İdarə Edilməsi və Dəstək Şöbəsində Kiçik Mütəxəssisi

Dünən

2.2K

Təsvir

  • Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin gündəlik işi ilə əlaqədar olan hesabatların hazırlanması;
  • Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin kredit portfeli haqqında aylıq hesabatın hazırlanması;
  • Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin vaxtlı-vaxtında hesabat verməsinə nəzarət olunması;
  • Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin statistik materiallar bazasının saxlanması və yenilənməsi;
  • Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin sənədlərinin arxivləşdirilməsi;
  • Problemli borclarla əlaqədar komitələrin vaxtlı-vaxtında keçirilməsinin təşkili. Komitənin qərarlarının qeydiyyatı, uçotu və saxlanması, eləcə də sənəd dövriyyəsinin vaxtlı-vaxtında icrasının təmin olunması;
  • Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin xətti ilə Banka daxil olan əmrlərin, sərəncamların və digər sənədlərin düzgün tərtib olunmasının yoxlanması, eləcə də Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentindən göndərilən memorandumların, məktubların, faksların və digər sənədlərin tərtib olunması və redaktə edilməsi;
  • Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin əlaqələrinin, o cümlədən memorandumların göndərilməsinin dəstəklənməsi; rabitə kanalları (faks, e-mail və s.) vasitəsi ilə məlumatların qəbulu və ötürülməsi. Bankın digər departamentləri ilə düzgün və effektiv əməkdaşlığın yaradılması;
  • Məhkəmə prosesləri üçün zəruri olan sənədlərin filiallardan qəbul edilməsi və hər bir filial üzrə cədvəl şəklində lazımi qaydada qeydiyyata alınması;
  • Məhkəmə prosesləri üçün zəruri olan sənədlərin arxivdən qəbul edilməsi və hər bir filial üzrə cədvəl şəklində lazımi qaydada qeydiyyata alınması;
  • Girovda olan əmlakın saxlanması haqqında xəbərdarlığın hazırlanması və göndərilməsi;
  • Girovda olan əmlakın saxlanması haqqında xəbərdarlığın qeydiyyata alınması üçün ərizələrin hazırlanması və göndərilməsi, onların Daşınmaz Əmlakın Reyestr Xidmətində qeydiyyata alınması;
  • Yaşayış yerindən arayış almaq üçün sorğular siyahısının hazırlanması və DİN-nin Pasportların Qeydiyyatı və Miqrasiya üzrə Baş İdarəsinə göndərilməsi;
  • Maliyyə arayışlarının hazırlanması;
  • Məhkəmə prosesləri üçün tələb olunan tam sənədlər dəstinin hazırlanması və Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin hüquq şöbəsinin əməkdaşlarına verilməsi;
  • Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin hüquq şöbəsinin əməkdaşları tərəfindən Məhkəmə-İcra Orqanlarına təqdim olunan işlərin qəbulu, yoxlanması və qeydiyyatı;
  • Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin əməkdaşlarından alınan gündəlik məlumatların müvafiq cədvəllərə daxil edilməsi, uçotu və nəzarət olunması;
  • Kənar hüquq şirkətlərinə ötülürən işlərin gedişi haqqında məlumatların daxil edilməsi, uçotu və nəzarət olunması.

Tələblər

  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və departament direktorları tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
  • İşlərin prosedur və təlimatlara uyğun görülməsi.
  • Şirkətə aid məlumatların məxfiliyinin qorunması; Parolların gizli saxlanılması.
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması.
  • Mövcud sistemlərin təkmilləşdirilməsi.
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzuolunandır);
  • Komandada işləmə bacarığı;
  • Daima öyrənməyə meyillilik.

Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

oktyabr 17, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə