A
Ana səhifə
/
/
/
Pərakəndə Kreditlərinin Monitorinqi üzrə Mütəxəssis

Pərakəndə Kreditlərinin Monitorinqi üzrə Mütəxəssis

  • AccessBank
  • 3 Tbilisi prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

08-12-2025

12

Təsvir

  • Bankın istehlak kreditlərinə nəzarət yoxlamalarında iştirak etmək, zərurət yarandıqda bankın filiallarına (Bakı və rayon filiallarına) getmək;
  • İstehlak kreditlərinin rəsmiləşdirilməsinin bankın daxili qayda və prosedurlarına uyğunluğunun qiymətləndirilməsi;
  • Lombard kreditləri üzrə girov kimi qəbul edilən qızıl əşyaların nəzarət qiymətləndirilməsinin həyata keçirilməsi;
  • İstehlak kreditləri ilə bağlı riskləri təhlil etmək və riskin azaldılmasına yönəlmiş tövsiyələr vermək;
  • Monitorinq üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
  • Monitorinqin nəticələrinə dair ətraflı hesabatların hazırlanması.

Tələblər

  • Bankda nağd pul kreditləşməsi sahəsində və ya audit, risklərin idarə edilməsi və daxili nəzarət sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Qızıl təminatlı kreditlərlə iş və ya monitorinq təcrübəsi;
  • İqtisadiyyat, maliyyə, audit və ya digər müvafiq sahədə ali təhsil;
  • Əla Azərbaycan dili biliyi mütləqdir, rus və ya ingilis dili biliyi arzuolunandır;
  • Analitik bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Müstəqil işləmək bacarığı;
  • Ofis proqramları, xüsusilə MS EXCEL bilikləri (SQL ilə təcrübə üstünlükdür);
  • Kreditlərin verilməsinə dair qanunvericiliyin tələblərini bilmək;
  • İnnovativ düşüncəni və özünü inkişaf etdirməyi təşviq etmək bacarığı və istəyi;
  • Məsuliyyəti üzərinə götürmək bacarığı.

Vakansiya haqqında

Son tarix

January 11, 2026

Paylaşılıb

dekabr 8, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə